Təkrarsığorta üzrə kiçik mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Təkrarsığorta üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, şirkətin risk iştahını aşan risklər üzrə təkrarsığorta ehtiyaclarının təhlil edilməsi, müvafiq risklərin beynəlxalq bazarlarda yerləşdirilməsi və təkrarsığorta proqramlarının (fakultativ və müqaviləli) idarə olunması proseslərində iştirakı nəzərdə tutur. Kiçik mütəxəssis, risklərin texniki göstəricilərini təhlil edərək, təkrarsığortaçılar və brokerlərlə əlaqələrin qurulmasına, əlverişli şərtlərin əldə edilməsinə və şirkətin təkrarsığorta portfelinin optimallaşdırılmasına dəstək göstərəcək.
Öhdəliklər
- Şirkətin riskləri üzrə daxil olan təkrarsığorta ehtiyaclarını təhlil etmək, müvafiq risklərin təkrarsığortaya ötürülməsi prosesini həyata keçirmək və yerləşdirmə prosesini koordinasiya etmək;
- Təkrarsığortaya təqdim olunan risklər üzrə sığorta məbləği, risk xüsusiyyətləri, PML/EML və digər müvafiq göstəriciləri təhlil etmək, uyğun təkrarsığortaçı və ya brokerlərə təqdim olunması üçün məlumatları hazırlamaq;
- Şirkətin öz riskləri üzrə əlverişli şərtlərin əldə edilməsi və təkrarsığortalanması prosesində iştirak etmək;
- Təkrarsığortaçılardan və brokerlərdən daxil olan təklifləri müqayisə etmək, kommersiya və texniki şərtləri qiymətləndirmək və optimal təklifin seçilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək;
- Şirkətin “facultative” və “treaty” təkrarsığorta proqramlarının yerləşdirilməsi, yenilənməsi və icrası prosesində iştirak etmək;
- Mövcud və potensial təkrarsığortaçıların, brokerlərin və digər bazar iştirakçılarının araşdırılmasında iştirak etmək;
- Şirkətin risk iştahını aşan risklər üzrə analitik məlumatların və hesabatların hazırlanmasına dəstək vermək;
- Şöbənin gündəlik və operativ məsələlərinin icrasında iştirak etmək.
Bilik və Bacarıqlar
- Riyazi-analitik düşüncə;
- Diqqətcillik və detallara həssaslıq;
- Yüksək ünsiyyətqurma bacarığı;
- Məsuliyyətlilik;
- Komandada işləmək bacarığı;
- Stresə davamlılıq;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- İqtisadiyyat, hüquq, riyaziyyat və ya maliyyə sahəsində ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. - Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. - Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. - Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Junior Reinsurance Specialist and become a member of our professional team.
This role involves participating in the analysis of reinsurance needs for risks exceeding the company's risk appetite, the placement of these risks in international markets, and the management of reinsurance programs (both facultative and treaty). The Junior Specialist will support the optimization of the company's reinsurance portfolio by analyzing technical risk indicators, assisting in building relationships with reinsurers and brokers, and contributing to securing favorable terms.
Responsibilities
- Analyze the company's reinsurance needs, carry out the process of transferring risks to reinsurance, and coordinate the placement process;
- Analyze sum insured, risk characteristics, PML/EML, and other relevant indicators for risks presented to reinsurance, and prepare information for submission to appropriate reinsurers or brokers;
- Participate in the process of obtaining favorable terms and securing reinsurance for the company's own risks;
- Compare offers received from reinsurers and brokers, evaluate commercial and technical terms, and provide recommendations to management on selecting the optimal offer;
- Participate in the placement, renewal, and execution of the company's facultative and treaty reinsurance programs;
- Participate in researching existing and potential reinsurers, brokers, and other market participants;
- Support the preparation of analytical data and reports on risks exceeding the company's risk appetite;
- Participate in the execution of the department's daily and operational tasks.
Knowledge and Skills
- Mathematical and analytical thinking;
- Attention to detail and precision;
- Strong communication skills;
- Responsibility;
- Teamwork skills;
- Stress resistance;
- Language skills: Azerbaijani, English, Russian.
Education and Experience
- Higher education in Economics, Law, Mathematics, or Finance;
- 1 year of work experience in a relevant field.
What We Offer
- Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. - A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment. - Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. - A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- ANDERRAYTİNQ VƏ TƏKRARSIĞORTA DEPARTAMENTİ
- Role
- Təkrarsığorta üzrə kiçik mütəxəssis
- Location
- Bakı
- Employment type
- Full-time