Zərərlərin Qiymətləndirilməsi Şöbəsi üzrə Təcrübəçi
PAŞA Sığorta ASC namizədləri Zərərlərin Qiymətləndirilməsi Şöbəsi üzrə Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, sığorta iddialarının qiymətləndirilməsi prosesində müştəri məmnuniyyətinin artırılması və narazılıqların effektiv idarə olunmasına yönəlmişdir. Əsas məqsəd təmir və ehtiyat hissələrinin bazar dəyərinə uyğun qiymətləndirilməsini təmin etməklə zərərlərin tənzimlənməsini optimallaşdırmaq, müştərilərlə proaktiv ünsiyyət quraraq məsələlərin tənzimləyici orqanlara qədər böyüməsinin qarşısını almaqdır. Bu vəzifə qiymətləndiricilər və ekspertlərlə əlaqələndirmə, iddiaların yenidən dəyərləndirilməsi və yekun məbləğlərin razılaşdırılması yolu ilə müştəri sadiqliyinin artırılmasına və əsassız ödənişlərin qarşısının alınmasına birbaşa təsir göstərir.
Öhdəliklər
Müştəri narazılıqlarının səbəblərini araşdırmaq və həlli üçün müvafiq addımlar atmaq;
Zərər sənədlərini (foto, video, qiymətləndirmə aktları) toplayaraq sistemə daxil etmək və yenidən araşdırılması üçün qiymətləndiriciyə yönləndirmək;
Müstəqil ekspertlərin cəlb olunması prosesinə dəstək göstərmək və müştəriləri məlumatlandırmaq;
Qiymətləndirici tərəfindən yenidən təyin edilmiş zərər məbləğini narazı müştərilərlə razılaşdırmaq;
Avtomobil təmiri işlərinə ümumi nəzarəti həyata keçirmək və təmirin keyfiyyətini təmin etmək;
Avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar dəyərinə uyğunluğunu yoxlamaq və qiymətləri razılaşdırmaq;
Sığorta dələduzluğu hallarının aşkarlanması və qarşısının alınması prosesində iştirak etmək.
Bilik və Bacarıqlar
Analitik düşünmə və problem həll etmə bacarığı;
Müştərilərlə effektiv ünsiyyət qurma və işləmə bacarığı;
Stressə davamlılıq və yüksək məsuliyyət hissi;
Sığorta qanunvericiliyi, avtomobil hissələrinin bazar dəyəri və servis xidmətləri haqqında biliklər;
Avtomobil mexanizminə dair texniki biliklər;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
Ali təhsil;
Biznes və ya müvafiq sahədə 0-1 il iş təcrübəsi;
Aidiyyəti sahə üzrə sertifikatların olması arzuolunandır.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Claims Assessment Department Intern and become a member of our professional team.
This role is focused on enhancing customer satisfaction and effectively managing dissatisfaction within the claims assessment process. The primary objective is to optimize loss settlements by ensuring that repairs and spare parts are valued at fair market value, while proactively communicating with clients to prevent escalations to regulatory bodies. This position directly impacts customer loyalty and the prevention of unsubstantiated payments through coordination with assessors and experts, re-evaluation of claims, and negotiation of final settlement amounts.
Responsibilities
Investigate the causes of customer dissatisfaction and take appropriate steps for resolution;
Collect and upload loss documentation (photos, videos, assessment reports) to the system and forward it to the assessor for re-evaluation;
Support the process of involving independent experts and keep customers informed;
Negotiate and agree upon the revised loss amount, as determined by the assessor, with dissatisfied customers;
Carry out general supervision of vehicle repair work and ensure the quality of repairs;
Verify that prices provided by auto service centers align with average market values and negotiate accordingly;
Participate in the process of detecting and preventing insurance fraud cases.
Knowledge and Skills
Analytical thinking and problem-solving skills;
Ability to effectively communicate and work with customers;
Stress tolerance and a high sense of responsibility;
Knowledge of insurance legislation, market value of car parts, and service center operations;
Technical knowledge of automobile mechanics;
Language skills: Azerbaijani, English, Russian.
Education and Experience
Higher education;
0-1 year of work experience in business or a relevant field;
Certificates in the relevant field are desirable.
What We Offer
Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment.Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- SIĞORTA İDDİALARI DEPARTAMENTİ
- Location
- Bakı
- Employment type
- Full-time