Məlumat mühəndisliyi üzrə təcrübəçi
PAŞA Sığorta ASC namizədləri Məlumat mühəndisliyi üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Təcrübəçi, Məlumatların İdarəedilməsi Departamentinə qoşularaq məlumat mühəndisliyi proseslərinin tam həyat dövrünə dəstək göstərəcək. Bu rol, SQL sorğularının hazırlanması və təhlili, müxtəlif mənbələrdən məlumatların çıxarılması, transformasiyası və yüklənməsi (ETL/ELT) proseslərində iştirakı, eləcə də Apache Airflow vasitəsilə məlumat axınlarının (data pipeline) monitorinqini əhatə edir. Vəzifə, şirkətin məlumat infrastrukturunun saxlanılmasına və təkmilləşdirilməsinə töhfə verməklə, Apache Spark, dbt və Data Lakehouse arxitekturası (Iceberg, Nessie, Trino) kimi müasir məlumat texnologiyaları ilə praktiki təcrübə qazanma imkanı yaradır.
Öhdəliklər
- MS SQL Server və PostgreSQL məlumat bazalarında SQL sorğularının hazırlanması və mövcud sorğuların təhlili proseslərində iştirak etmək;
- SQL sorğularının, “Stored Procedure” və “Function”-ların hazırlanması, test edilməsi və təkmilləşdirilməsinə dəstək göstərmək;
- Müxtəlif mənbələrdən məlumatların çıxarılması, transformasiyası və hədəf sistemlərə yüklənməsi (ETL/ELT) proseslərində iştirak etmək;
- Apache Spark və dbt vasitəsilə məlumatların emalı və transformasiyası proseslərinin hazırlanmasına dəstək göstərmək;
- Apache Airflow üzərindən mövcud məlumat axınlarının (data pipeline) icrasını izləmək və yaranan xətaların araşdırılmasında iştirak etmək;
- Apache Iceberg, Nessie və Trino texnologiyaları ilə qurulmuş məlumat platformasında məlumatların idarəedilməsi prosesləri ilə tanış olmaq və müvafiq tapşırıqları icra etmək.
Bilik və Bacarıqlar
- SQL (MS SQL Server, PostgreSQL) üzrə başlanğıc səviyyə biliklər;
- Python proqramlaşdırma dili üzrə başlanğıc səviyyə biliklər;
- DWH və ETL/ELT konsepsiyaları haqqında başlanğıc səviyyə anlayış;
- Data Modeling və Data Quality prinsipləri haqqında başlanğıc səviyyə məlumat;
- Apache Airflow, Spark, dbt kimi alətlər haqqında başlanğıc səviyyə biliklər;
- Apache Iceberg, Nessie, Trino texnologiyaları haqqında məlumatlı olmaq arzuolunandır;
- Analitik düşünmə və mürəkkəb problemləri həll etmə bacarığı;
- Komandada işləmə və effektiv ünsiyyət qurma bacarıqları;
- Dəqiqlik və stresə davamlılıq;
- Dil bilikləri: Azərbaycan, İngilis.
Təhsil və Təcrübə
- İnformasiya sistemləri, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr dərəcəsi, son kurs tələbələrinə üstünlük verilir);
- Məlumat (Data) istiqamətli sertifikatların olması arzuolunandır.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. - Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. - Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. - Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Data Engineering Intern and become a member of our professional team.
The intern will join the Data Management Department to support the full lifecycle of data engineering processes. This role involves assisting in the development and analysis of SQL queries, participating in data extraction, transformation, and loading (ETL/ELT) processes from various sources, and monitoring data pipelines via Apache Airflow. The position offers hands-on experience with modern data technologies such as Apache Spark, dbt, and the Data Lakehouse architecture (Iceberg, Nessie, Trino), contributing to the maintenance and enhancement of the company's data infrastructure.
Responsibilities
- Participate in the development and analysis of SQL queries in MS SQL Server and PostgreSQL databases;
- Support the development, testing, and enhancement of SQL queries, Stored Procedures, and Functions;
- Participate in data extraction, transformation, and loading (ETL/ELT) processes from various sources to target systems;
- Assist in developing data processing and transformation processes using Apache Spark and dbt;
- Monitor the execution of existing data pipelines via Apache Airflow and participate in investigating any resulting errors;
- Become familiar with data management processes and execute relevant tasks on the data platform built with Apache Iceberg, Nessie, and Trino technologies.
Knowledge and Skills
- Beginner-level knowledge of SQL (MS SQL Server, PostgreSQL);
- Beginner-level knowledge of the Python programming language;
- Beginner-level understanding of DWH and ETL/ELT concepts;
- Beginner-level knowledge of Data Modeling and Data Quality principles;
- Beginner-level knowledge of tools such as Apache Airflow, Spark, and dbt;
- Familiarity with Apache Iceberg, Nessie, and Trino technologies is desirable;
- Analytical thinking and complex problem-solving skills;
- Ability to work in a team and communicate effectively;
- Accuracy and stress resistance;
- Language skills: Azerbaijani, English.
Education and Experience
- Higher education in Information Systems, Computer Science, or a related field (bachelor's degree; final-year students are preferred);
- Data-oriented certifications are desirable.
What We Offer
- Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. - A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment. - Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. - A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- MƏLUMATLARIN İDARƏEDİLMƏSİ DEPARTAMENTİ
- Location
- Bakı
- Employment type
- Full-time