Sığorta tələblərinin idarəolunması şöbəsinin İcbari növlər üzrə sektoruna mütəxəssis/baş mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Sığorta tələblərinin idarəolunması şöbəsinin İcbari növlər üzrə sektoruna mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə icbari sığorta növləri üzrə sığorta hadisələrinin tam və düzgün tənzimlənməsi prosesinə cavabdehdir. Siz sığorta tələblərinin idarə olunması, müvafiq sənədləşmənin aparılması, müştərilər və üçüncü tərəflərlə effektiv kommunikasiyanın qurulması, eləcə də mübahisəli məqamların araşdırılması vasitəsilə müştəri məmnuniyyətinin təmin edilməsində və şirkətin əməliyyat effektivliyində mühüm rol oynayacaqsınız.
Öhdəliklər
Sığorta hadisələri üzrə iddiaların tam və dəqiq tənzimlənməsi prosesini təmin etmək;
Sığorta hadisələri üzrə sənədləşməni və uçotu aparmaq;
İcraatda olan sənədlərin bütövlüyünü, saxlanmasını və elektron nüsxələrinin müvafiq sistemə daxil edilməsini təmin etmək;
Hadisə ilə bağlı materialların toplanması üçün müvafiq dövlət orqanlarına və təşkilatlara sorğular göndərmək və prosesi idarə etmək;
Sığortalılar, onların nümayəndələri və zərərçəkən üçüncü şəxslərlə birbaşa ünsiyyəti və sənədləşmə əməliyyatlarını keyfiyyətli şəkildə təşkil etmək;
Sığorta tələbləri ilə bağlı müraciətləri və iradları qəbul etmək, sığorta ödənişi üzrə mübahisəli məqamları müqavilə əsasında araşdırmaq.
Bilik və Bacarıqlar
Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
Analitik düşünmə və təhlil bacarığı;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də işgüzar yazışma bacarıqları;
MS Office proqramlarını bilmək;
Komandada işləmək və effektiv əməkdaşlıq etmək bacarığı;
Gərgin iş şəraitində və məhdud zaman çərçivəsində işləmək bacarığı;
İşlərin prioritetləşdirilməsi və vaxtın səmərəli idarə olunması;
Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə yüksək motivasiya;
Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
Stressə davamlılıq, təşəbbüskarlıq və məqsədyönlülük.
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması);
Hüquq sahəsində təhsil arzuolunandır;
Biznes sahəsində minimum 3 il iş təcrübəsi;
Sığorta sahəsi üzrə müvafiq sertifikatların olması arzuolunandır.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Specialist / Senior Specialist of the Compulsory Insurance Lines Sector, Insurance Claims Management Division and become a member of our professional team.
This role is responsible for the complete and correct regulation of insurance events related to compulsory insurance types. You will play a key role in ensuring customer satisfaction and the company's operational efficiency by managing insurance claims, handling relevant documentation, establishing effective communication with clients and third parties, and investigating disputed issues.
Responsibilities
Ensure the complete and accurate regulation of insurance claims;
Manage documentation and accounting for insurance events;
Ensure the integrity and storage of case documents and enter electronic copies into the relevant system;
Send inquiries to relevant state bodies and organizations to collect materials related to the event and manage the process;
Organize high-quality direct communication and documentation procedures with the insured, their representatives, and affected third parties;
Receive applications and objections related to insurance claims and investigate disputed points regarding insurance payments based on the contract.
Knowledge and Skills
Ability to promptly identify and resolve problems;
Analytical thinking and analysis skills;
High-level written and verbal communication, as well as business correspondence skills;
Proficiency in MS Office programs;
Ability to work in a team and collaborate effectively;
Ability to work under pressure and within limited timeframes;
Prioritization and effective time management skills;
High motivation for learning and acquiring new knowledge and skills;
Responsibility, attentiveness, and a detail-oriented approach;
Stress resistance, proactivity, and goal-orientation.
Language skills: Azerbaijani, English, Russian
Education and Experience
Higher education (Economics, Finance, Business Administration);
A degree in Law is desirable;
A minimum of 3 years of work experience in a business-related field;
Relevant certifications in the insurance field are desirable.
What We Offer
Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment.Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- SIĞORTA İDDİALARI DEPARTAMENTİ
- Location
- Bakı
- Employment type
- Full-time