Anderraytinq üzrə təcrübəçi
PAŞA Sığorta ASC namizədləri Anderraytinq üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, Əmlak və İnşaat riskləri portfeli çərçivəsində risklərin müəyyən edilməsinə, səmərəli qiymətləndirilməsinə və uyğun sığorta paketlərinin tətbiqinə dəstək göstərməkdən ibarətdir. Təcrübəçi, tarif siyasətinin formalaşdırılmasında iştirak edəcək, zərərlilik hesabatlarının hazırlanması və təhlilini aparacaq, həmçinin risklərin qəbulu, imtinası və ya təkrarsığortaya yönləndirilməsi ilə bağlı qərarvermə proseslərinə cəlb olunacaq. Bu, portfelin gəlirliliyinin qorunması və optimallaşdırılmasında mühüm rol oynayacaq.
Öhdəliklər
- Riskin səmərəli qiymətləndirilməsi üçün zəruri məlumatların toplanması və təhlili;
- Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında riskin qəbulu və ya imtinası ilə bağlı proseslərə dəstək;
- Birbaşa rəhbərin nəzarəti altında tarif sisteminin təşkilinə dəstək göstərmək;
- Riskin qiymətləndirilməsi və riskə uyğun tarif və şərtlərin müəyyən edilməsi prosesində iştirak;
- Zərər nisbəti hesabatlarının hazırlanması prosesinə cəlb olunmaq və cari zərər nisbətini təhlil etmək;
- Riskin təkrarsığortaya ehtiyacının olub-olmadığına dair qərarvermə prosesində iştirak etmək.
Bilik və Bacarıqlar
- Ali riyazi və məntiqi düşünmə qabiliyyəti;
- Güclü analitik təhlil bacarıqları;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- Məlumatları tez bir zamanda anlamaq və təhlil etmək bacarığı;
- Komandada işləmək bacarığı və stresə davamlılıq;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- Müvafiq sahə üzrə ali təhsil (bakalavr dərəcəsi).
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. - Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. - Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. - Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Underwriting Intern and become a member of our professional team.
This role involves supporting the identification and efficient assessment of risks within the Property and Construction risks portfolio to apply suitable insurance packages. The intern will participate in shaping tariff policy, prepare and analyze loss ratio reports, and be involved in the decision-making process regarding risk acceptance, rejection, or placement in reinsurance. This position plays a crucial part in maintaining and optimizing the portfolio's profitability.
Responsibilities
- Collecting and analyzing necessary information for effective risk assessment;
- Supporting the processes of risk acceptance or rejection based on information from various sources;
- Assisting in the organization of the tariff system under the supervision of a direct manager;
- Participating in the process of risk evaluation and determining the most suitable tariffs and conditions based on the risk;
- Being involved in the preparation of loss ratio reports and analyzing the current loss ratio;
- Participating in the decision-making process regarding whether a risk requires reinsurance.
Knowledge and Skills
- Advanced mathematical and logical thinking abilities;
- Strong analytical skills;
- Proficiency in Microsoft Office programs;
- Ability to quickly understand and analyze information;
- Teamwork skills and stress resistance;
- Language skills: Azerbaijani, English, Russian.
Education and Experience
- Higher education in a relevant field (Bachelor's degree).
What We Offer
- Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. - A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment. - Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. - A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- ANDERRAYTİNQ VƏ TƏKRARSIĞORTA DEPARTAMENTİ
- Role
- Anderraytinq üzrə təcrübəçi
- Location
- Bakı
- Employment type
- Full-time