Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri
PAŞA Sığorta ASC namizədləri Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə, Şirkətin strateji və biznes məqsədlərinə uyğun olaraq qeyri-maliyyə risklərinin idarə olunmasına rəhbərlik edir, risklərin biznes nəticələrinə və Şirkətin dayanıqlılığına təsirini bütöv perspektivdən qiymətləndirir. Risklərin vaxtında müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və azaldılmasını təmin etməklə yanaşı, biznes bölmələri ilə tərəfdaşlıq edərək risk əsaslı qərarvermənin, risk mədəniyyətinin və Şirkətin risk yetkinliyinin inkişafına töhfə verir.
Öhdəliklər
Şirkətin strategiyası, biznes modeli və risk iştahasını nəzərə alaraq qeyri-maliyyə risklərinin idarə edilməsi çərçivəsinin, siyasət və metodologiyalarının hazırlanmasını və davamlı təkmilləşdirilməsini təmin etmək.
Şirkətin fəaliyyət istiqamətləri və biznes prosesləri üzrə qeyri-maliyyə risklərinin sistemli şəkildə müəyyən edilməsini və idarə olunmasını təmin etmək.
Müəyyən edilmiş risklərin maliyyə nəticələrinə, müştəri təcrübəsinə, reputasiyaya, əməliyyat dayanıqlılığına və strateji hədəflərə potensial təsirini qiymətləndirmək.
Risk qiymətləndirmələrinin nəticələri əsasında Şirkətin risk xəritəsinin formalaşdırılmasını təmin etmək, yüksək və kritik risklər üzrə tədbirlər planlarının hazırlanmasını biznes bölmələri ilə əlaqələndirmək.
Risk insidentlərini və əməliyyat itkisi hadisələrini təhlil etmək, əsas səbəbləri və biznesə təsirlərini müəyyənləşdirmək, preventiv və korrektiv tədbirlərin hazırlanmasını və icrasını monitorinq etmək.
Yeni məhsullar, proseslər, texnoloji həllər və əhəmiyyətli biznes dəyişiklikləri üzrə qeyri-maliyyə risklərinin vaxtında qiymətləndirilməsini təmin etmək və risk perspektivinin qərarvermə prosesinə daxil edilməsinə dəstək olmaq.
Daxili və xarici mənbələrdən əldə olunan məlumatlar əsasında qeyri-maliyyə riskləri üzrə risk trendlərini və potensial risk siqnallarını müəyyən etmək, rəhbərliyə əsas risklər və onların biznesə təsiri üzrə analitik hesabatlar və tövsiyələr təqdim etmək.
Sığorta sektorunda və risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübələri izləmək, Şirkətin risk yetkinliyinin və əməliyyat dayanıqlılığının artırılması üzrə təkmilləşdirmə təşəbbüslərinə rəhbərlik etmək.
Şöbənin fəaliyyətini və prioritetlərini idarə etmək, komanda üzvləri arasında məsuliyyət bölgüsünü və effektiv əməkdaşlığı təmin etmək, əməkdaşların peşəkar inkişafını və nəticəyönümlü fəaliyyətini dəstəkləmək.
Bilik və Bacarıqlar
Əməliyyat risklərinin idarə edilməsi metodologiyaları və alətləri üzrə güclü bilik.
Sığorta biznesini və əsas biznes proseslərini geniş perspektivdən anlama və risklərin biznes nəticələrinə təsirini qiymətləndirmə bacarığı.
Güclü analitik və strateji düşünmə, məlumat əsasında qərarvermə bacarığı.
Liderlik, komandanın inkişafı və nəticəyə yönəltmə bacarığı.
Effektiv kommunikasiya, təqdimat və maraqlı tərəflərlə əməkdaşlıq bacarığı.
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya əlaqəli istiqamət üzrə ali təhsil.
Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi; sığorta və ya maliyyə sektorunda təcrübə üstünlükdür.
Komanda və ya funksional istiqamətin koordinasiyası üzrə təcrübə üstünlükdür.
ARM, FRM və ya digər müvafiq peşəkar sertifikatların olması arzuolunandır.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Non-Financial Risk Management Division and become a member of our professional team.
This role leads the management of non-financial risks in alignment with the company's strategic and business objectives, assessing the impact of risks on business results and the company's sustainability from a holistic perspective. In addition to ensuring the timely identification, assessment, monitoring, and mitigation of risks, this role partners with business units to contribute to the development of risk-based decision-making, risk culture, and the company's overall risk maturity.
Responsibilities
Ensure the development and continuous improvement of the non-financial risk management framework, policies, and methodologies, considering the company's strategy, business model, and risk appetite.
Systematically identify and manage non-financial risks across the company's lines of business and processes.
Assess the potential impact of identified risks on financial results, customer experience, reputation, operational resilience, and strategic objectives.
Ensure the creation of the company's risk map based on risk assessment results and coordinate the development of action plans for high and critical risks with business units.
Analyze risk incidents and operational loss events, identify root causes and business impacts, and monitor the development and implementation of preventive and corrective measures.
Ensure the timely assessment of non-financial risks for new products, processes, technological solutions, and significant business changes, and support the integration of a risk perspective into the decision-making process.
Identify risk trends and potential risk signals for non-financial risks based on internal and external data, providing analytical reports and recommendations to management on key risks and their business impact.
Follow best practices in the insurance sector and risk management field, leading initiatives to enhance the company's risk maturity and operational resilience.
Manage the department's activities and priorities, ensure the distribution of responsibilities and effective collaboration among team members, and support the professional development and results-oriented performance of employees.
Knowledge and Skills
Strong knowledge of operational risk management methodologies and tools.
Ability to understand the insurance business and key business processes from a broad perspective and assess the impact of risks on business results.
Strong analytical and strategic thinking, with data-driven decision-making skills.
Leadership, team development, and results-orientation skills.
Effective communication, presentation, and stakeholder collaboration skills.
Language skills: Azerbaijani, English, Russian
Education and Experience
Higher education in Economics, Finance, Mathematics, or a related field.
Minimum of 4 years of work experience in risk management, internal control, audit, or related areas; experience in the insurance or financial sector is an advantage.
Experience in coordinating a team or a functional area is an advantage.
Possession of ARM, FRM, or other relevant professional certifications is desirable.
What We Offer
Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment.Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- Risklərin İdarəolunması Departamenti
- Role
- Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri
- Location
- Bakı
- Employment type
- Full-time