Təkrarsığorta üzrə mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Təkrarsığorta üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, şirkətin risk iştahını aşan risklərin təkrarsığorta ehtiyaclarını təhlil etmək, müvafiq risklərin beynəlxalq təkrarsığorta bazarlarında yerləşdirilməsini koordinasiya etmək və optimal təkrarsığorta şərtlərini təmin etmək üçün məsuliyyət daşıyır. Mütəxəssis, təkrarsığorta proqramlarının (fakultativ və müqaviləli) idarə olunmasında, təkrarsığortaçılar və brokerlərlə münasibətlərin inkişafında fəal iştirak edərək, şirkətin maliyyə dayanıqlığına və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcəkdir.
Öhdəliklər
- Şirkətin riskləri üzrə daxil olan təkrarsığorta ehtiyaclarını təhlil etmək, müvafiq risklərin təkrarsığortaya ötürülməsi və yerləşdirilməsi prosesini koordinasiya etmək;
- Təkrarsığortaya təqdim olunan risklər üzrə sığorta məbləği, risk xüsusiyyətləri, PML/EML və digər göstəriciləri təhlil etmək və məlumatları hazırlamaq;
- Təkrarsığortaçılardan və brokerlərdən daxil olan təklifləri müqayisə etmək, kommersiya və texniki şərtləri qiymətləndirmək və optimal təklifin seçilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək;
- Şirkətin təkrarsığorta proqramlarının (fakultativ və müqaviləli) yerləşdirilməsi, yenilənməsi və icrası prosesində iştirak etmək;
- Mövcud və potensial təkrarsığortaçıları və brokerləri araşdırmaq, yeni təkrarsığorta tutumlarını cəlb etmək və bazar əlaqələrini inkişaf etdirmək;
- Şirkətin risk iştahını aşan risklər üzrə analitik məlumatların və hesabatların hazırlanmasında iştirak etmək.
Bilik və Bacarıqlar
- Riyazi və analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətcillik və detallara həssaslıq;
- Stresə davamlılıq;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- Ali təhsil (İqtisadiyyat, Hüquq, Riyaziyyat və ya Maliyyə sahələri üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. - Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. - Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. - Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Reinsurance Specialist and become a member of our professional team.
This role is responsible for analyzing the company's reinsurance needs for risks exceeding its risk appetite, coordinating the placement of these risks in international reinsurance markets, and securing optimal reinsurance terms. The specialist will actively participate in managing facultative and treaty reinsurance programs, developing relationships with reinsurers and brokers, and making a significant contribution to the company's financial stability and effective risk management.
Responsibilities
- To analyze the company's reinsurance needs for incoming risks, and to coordinate the process of transferring and placing relevant risks in reinsurance;
- To analyze the sum insured, risk characteristics, PML/EML, and other indicators for risks submitted for reinsurance and prepare the necessary information;
- To compare offers received from reinsurers and brokers, evaluate commercial and technical terms, and provide recommendations to management on selecting the optimal offer;
- To participate in the placement, renewal, and execution of the company's reinsurance programs (facultative and treaty);
- To research existing and potential reinsurers and brokers, attract new reinsurance capacity, and develop market relationships;
- To participate in the preparation of analytical data and reports for risks exceeding the company's risk appetite.
Knowledge and Skills
- Mathematical and analytical thinking skills;
- Strong communication and teamwork abilities;
- Responsibility, attentiveness, and high attention to detail;
- Stress resistance;
- Language skills: Azerbaijani, English, Russian.
Education and Experience
- Higher education (in Economics, Law, Mathematics, or Finance);
- A minimum of 2 years of work experience in a relevant field.
What We Offer
- Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. - A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment. - Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. - A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- ANDERRAYTİNQ VƏ TƏKRARSIĞORTA DEPARTAMENTİ
- Role
- Təkrarsığorta üzrə mütəxəssis
- Location
- Bakı
- Employment type
- Full-time