Əlaqə Mərkəzi üzrə Asistent / Kiçik mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Əlaqə Mərkəzi üzrə Asistent / Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə Əlaqə Mərkəzi çərçivəsində müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Mütəxəssis müştərilərin ilkin müraciət nöqtəsi olaraq zənglərin cavablandırılması, sığorta hadisələri ilə bağlı ətraflı məlumatın verilməsi, məlumatların sistemə dəqiq daxil edilməsi və öz səlahiyyətləri daxilində problemlərin həll edilməsinə cavabdehdir. Bu rol, həmçinin şirkətin korporativ dəyərlərinə uyğun fəaliyyət göstərməyi, əməliyyat proseslərinin təkmilləşdirilməsi üçün təkliflər verməyi və hər hansı bir əməliyyat boşluğunu rəhbərliyə bildirməyi tələb edir.
Öhdəliklər
- Müştəri zənglərini cavablandırmaq və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyi göstərməklə keyfiyyətli xidmət təqdim etmək;
- Səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətləri ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli şəkildə həll etmək;
- Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərə yazılı məlumat vermək;
- Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualları cavablandırmaq;
- Məlumatları proqram təminatına müvafiq tələblərə uyğun, dəqiq və tam şəkildə daxil etmək;
- Gündəlik fəaliyyəti şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparmaq;
- Performansın dəyərləndirilməsi və monitorinqi zamanı bildirilən rəyləri qəbul edərək onların üzərində işləmək;
- Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərə məruzə etmək;
- Şöbə fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə birbaşa rəhbərə yeni ideya və təkliflər irəli sürmək;
- Birbaşa rəhbərin tapşırığı ilə digər işləri yerinə yetirmək.
Bilik və Bacarıqlar
- Microsoft Office proqramları ilə işləmə bacarığı;
- Mükəmməl ünsiyyət qurma və fikri aydın ifadə etmə bacarığı;
- Komandada işləmək və yaranan vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
- Analitik düşüncə tərzi, dəqiqlik və məsuliyyətlilik;
- Stressə davamlılıq;
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis.
Təhsil və Təcrübə
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (sığorta sahəsi üzrə təcrübəyə üstünlük verilir).
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. - Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. - Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. - Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Call Center Assistant / Junior Specialist and become a member of our professional team.
This position is designed to ensure the delivery of high-quality customer service within the Call Center. The specialist will act as the primary point of contact for clients, responsible for answering calls, providing detailed information regarding insurance claims, ensuring accurate data entry into the system, and resolving issues within their scope of authority. This role also requires operating in alignment with the company's corporate values, proposing improvements to operational processes, and reporting any identified operational gaps to management.
Responsibilities
- Answering customer calls and providing quality service by offering necessary support to clients contacting the company;
- Effectively resolving claims-related inquiries from the first call by providing comprehensive information within the scope of authority;
- Reporting software errors and problematic customer interactions to the direct supervisor in writing;
- Answering all customer questions related to insurance legislation;
- Ensuring accurate and complete data entry into the software in accordance with relevant requirements;
- Conducting daily activities in line with the company's strategy and corporate values;
- Accepting and acting on feedback provided during performance evaluation and monitoring processes;
- Reporting identified gaps and suspicious activities during operations to the direct supervisor;
- Proposing new ideas and suggestions to the direct supervisor for the development and improvement of the department's activities;
- Performing other tasks as assigned by the direct supervisor.
Knowledge and Skills
- Proficiency in Microsoft Office applications;
- Excellent communication skills and the ability to express thoughts clearly;
- Ability to work in a team and react quickly to changing situations;
- Analytical mindset, accuracy, and a sense of responsibility;
- Stress resilience;
- Language skills: Azerbaijani, Russian, English.
Education and Experience
- Higher or vocational education;
- Minimum 1 year of work experience in a relevant field (experience in the insurance sector is an advantage).
What We Offer
- Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. - A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment. - Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. - A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- Müştəri Əlaqələri Departamenti
- Role
- Əlaqə mərkəzi üzrə assistent / kiçik mütəxəssis
- Location
- Bakı
- Employment type
- Full-time