Backend Mühəndisliyi üzrə Mükəmməllik Mərkəzinin Rəhbəri
PAŞA Sığorta ASC namizədləri Backend Mühəndisliyi üzrə Mükəmməllik Mərkəzinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, Backend Mühəndisliyi istiqamətinin təşkilat daxilində inkişafına və gücləndirilməsinə rəhbərlik edərək, mühəndislərin peşəkar inkişafını təmin etmək, İT yetkinlik səviyyəsini yüksəltmək, mühəndislik standartlarını təkmilləşdirmək və yeni texnologiyaları tətbiq etmək üçün nəzərdə tutulmuşdur. Vəzifənin əsas missiyası, sistemli maneələri aradan qaldıran, mühəndislik proseslərindəki əngəlləri azaldan və komandaların dəyişiklikləri daha sürətli və keyfiyyətli şəkildə həyata keçirməsinə imkan yaradan bir mühit və təcrübələr formalaşdırmaqla “people management”, “engineering expertise” və “engineering excellence” istiqamətlərini birləşdirməkdir.
Öhdəliklər
- Mütəmadi 1:1 görüşlər keçirmək, Fərdi İnkişaf Planlarını (IDP) hazırlamaq və izləmək;
- Backend üzrə səriştəlilik matrisini (Competency Matrix) yaratmaq və inkişaf etdirmək, bacarıq boşluqlarını (skill gap) müəyyən etmək və inkişaf təşəbbüsləri formalaşdırmaq;
- Fəaliyyətin qiymətləndirilməsi (performance review), vəzifə artımı (promotion) və kalibrləmə (calibration) proseslərində iştirak etmək;
- Mühəndislərin mövcud vəziyyətini və inkişaf sahələrini anlamaq üçün Məhsul Sahibləri (Product Owner) və Texniki Rəhbərlərlə (Tech Lead) sıx əməkdaşlıq etmək;
- Backend Mühəndisliyi üzrə İT yetkinlik (IT Maturity) istiqamətinin inkişafına cavabdeh olmaq, boşluqları müəyyən etmək və təkmilləşdirmə təşəbbüsləri formalaşdırmaq;
- Backend mühəndisliyi standartlarını, qabaqcıl təcrübələri (best practice) və təkrar istifadə edilə bilən mühəndislik yanaşmalarını inkişaf etdirmək;
- İnkişaf prosesindəki əngəlləri (development friction) azaldan və komandaların işini sürətləndirən mühəndislik təcrübələrini, alətlərini və yanaşmalarını tətbiq etmək;
- Bir neçə komanda arasında yaranan çatdırılma problemlərini (delivery bottleneck) və sistemli mühəndislik çətinliklərini müəyyən etmək və aradan qaldırılmasına dəstək olmaq;
- Mürəkkəb sistem dizaynı (System Design) və komandalararası texniki müzakirələrdə iştirak etmək;
- Yeni texnologiyaları araşdırmaq, Konsepsiya Sübutu (Proof of Concept - PoC) təşəbbüsləri həyata keçirmək və uğurlu həllərin tətbiqini genişləndirmək;
- Mühəndislik məhsuldarlığını və keyfiyyətini artırmaq üçün Proqram Təminatının Həyat Dövrü (SDLC) çərçivəsində Süni İntellekt (AI) tətbiqlərini araşdırmaq və tətbiq etmək;
- Görüşlər (meetup), texniki müzakirələr və bilik mübadiləsi sessiyaları vasitəsilə Backend Mühəndisliyi Cəmiyyətini (Community) inkişaf etdirmək;
- Texniki müsahibə çərçivəsinin və backend mühəndislərinin işə qəbul prosesinin təkmilləşdirilməsində iştirak etmək.
Bilik və Bacarıqlar
- System Design və paylanmış sistemlər (Distributed Systems) üzrə dərin biliklər;
- Müasir backend arxitekturaları və mühəndislik təcrübələri haqqında yaxşı anlayış;
- Mürəkkəb texniki və komandalararası problemlər üçün sistemli həllər formalaşdırmaq bacarığı;
- Güclü liderlik, kommunikasiya və maraqlı tərəflərin idarə edilməsi (stakeholder management) bacarıqları;
- Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
- Backend Engineering üzrə güclü praktiki iş təcrübəsi;
- Tech Lead, Chapter Lead, Engineering Manager və ya oxşar mühəndislik üzrə rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. - Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. - Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. - Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Backend Engineering CoE and become a member of our professional team.
This role is designed to lead the development and strengthening of the Backend Engineering capability across the organization, responsible for growing engineers, increasing IT maturity, evolving engineering standards, and introducing new technologies. The core mission is to combine people management, engineering expertise, and engineering excellence by creating an environment and practices that remove systemic bottlenecks, reduce development friction, and enable teams to deliver changes faster and with higher quality.
Responsibilities
- Conduct regular 1:1s, and create and track Individual Development Plans (IDPs);
- Build and evolve the Backend Competency Matrix, identify skill gaps, and drive development initiatives;
- Participate in performance review, promotion, and calibration processes;
- Work closely with Product Owners and Tech Leads to understand engineers’ current state and development areas;
- Own and continuously improve Backend Engineering IT Maturity, identify gaps, and drive improvement initiatives;
- Develop backend engineering standards, best practices, and reusable engineering approaches;
- Establish engineering practices, tools, and approaches that reduce development friction and accelerate team delivery;
- Identify and help eliminate delivery bottlenecks and systemic engineering issues across multiple teams;
- Contribute to complex System Design and cross-team technical discussions;
- Explore new technologies, lead Proof of Concept (PoC) initiatives, and scale successful solutions;
- Explore and introduce AI use cases across the SDLC to improve engineering productivity and quality;
- Develop the Backend Engineering Community through meetups, technical talks, and knowledge-sharing sessions;
- Contribute to the technical interview framework and backend engineering hiring process.
Knowledge and Skills
- Strong knowledge of System Design and Distributed Systems;
- Good understanding of modern backend architectures and engineering practices;
- Ability to identify systemic solutions to complex technical and cross-team challenges;
- Strong leadership, communication, and stakeholder management skills;
- Language skills: Azerbaijani, English
Education and Experience
- Strong hands-on background in Backend Engineering;
- At least 1 year of experience as a Tech Lead, Chapter Lead, Engineering Manager, or in a similar engineering leadership role.
What We Offer
- Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. - A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment. - Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. - A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- TEXNOLOJİ HƏLLƏR DEPARTAMENTİ
- Location
- Bakı
- Employment type
- Full-time