Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunması üçün məsuliyyət daşıyır. Mütəxəssis beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun olaraq metodologiyaların hazırlanması və təkmilləşdirilməsinə rəhbərlik edəcək, stress-test modellərini tətbiq edəcək və risk limitlərini hesablayacaq. Həmçinin, maliyyə təşkilatlarının reytinqlərinin monitorinqi, risk iştahasının strateji hədəflərlə uyğunluğunun təmin edilməsi və rəhbərliyə analitik hesabatların təqdim olunması əsas fəaliyyət istiqamətlərinə daxildir.
Öhdəliklər
- Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqini aparmaq, dəyişikliklərin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabatlar təqdim etmək;
- Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun metodoloji sənədləri hazırlamaq, təkmilləşdirmək və yeniləmək;
- Maliyyə və sığorta risklərini sistemli şəkildə müəyyənləşdirmək və qiymətləndirmək;
- Stress-test modellərini hazırlamaq və tətbiq etmək, nəticələrini təhlil edərək risklərin azaldılması üzrə təkliflər vermək;
- Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi üçün əsaslandırılmış təkliflər hazırlamaq;
- Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər vermək;
- Riyazi, statistik və analitik modellərdən istifadə edərək maliyyə risklərini ölçmək və qiymətləndirmək üçün məlumatları təhlil etmək;
- Maliyyə riskləri ilə bağlı digər departamentlərə metodoloji dəstək göstərmək;
- Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
Bilik və Bacarıqlar
- Maliyyə risklərinin idarə edilməsi sahəsində dərin biliklər;
- Maliyyə hesabatlarının təhlili və riyazi-statistik metodlar üzrə biliklər;
- Modelləşdirmə və iri həcmli məlumat bazaları ilə işləmə bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- FRM, PRM, CFA kimi beynəlxalq sertifikatların olması arzuolunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Güclü ünsiyyət, təqdimat və komandada işləmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və stressə davamlılıq;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Riyaziyyat ixtisasları üzrə ali təhsil (bakalavr dərəcəsi);
- Müvafiq sahədə 2 il iş təcrübəsi arzuolunandır.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. - Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. - Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. - Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Financial and Insurance Risk Management Specialist/Lead Specialist and become a member of our professional team.
This position is responsible for the systematic identification, assessment, and effective management of the company's financial and insurance risks. The specialist will lead the development and improvement of methodologies in line with international practices and regulatory requirements, apply stress-test models, and calculate risk limits. Key responsibilities also include monitoring the ratings of financial institutions, ensuring the alignment of risk appetite with strategic objectives, and providing analytical reports to management.
Responsibilities
- Conduct regular monitoring of the ratings of financial and reinsurance companies, assess the impact of changes on the company's risk profile, and submit reports to management;
- Develop, improve, and update methodological documents for financial risk management in accordance with international practices and regulatory requirements;
- Systematically identify and assess financial and insurance risks;
- Develop and apply stress-test models, analyze the results, and provide proposals for risk mitigation;
- Prepare justified proposals for the calculation and updating of financial risk limits;
- Assess the alignment of risk appetite with strategic objectives and make relevant proposals;
- Analyze data to measure and assess financial risks using mathematical, statistical, and analytical models;
- Provide methodological support to other departments on financial risk-related matters;
- Prepare analytical reviews and presentations on risk indicators;
- Fulfill other tasks assigned by the direct supervisor.
Knowledge and Skills
- In-depth knowledge of financial risk management;
- Knowledge of financial statement analysis and mathematical-statistical methods;
- Skills in modeling and working with large-scale databases;
- Proficiency in MS Office programs (especially Excel);
- International certifications such as FRM, PRM, or CFA are desirable;
- Logical and analytical thinking skills;
- Strong communication, presentation, and teamwork skills;
- Responsibility, proactivity, and stress tolerance;
- Language skills: Azerbaijani, English, Russian.
Education and Experience
- Higher education (bachelor's degree) in Economics, Finance, Management, or Mathematics;
- 2 years of work experience in a relevant field is desirable.
What We Offer
- Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. - A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment. - Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. - A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- Risklərin İdarəolunması Departamenti
- Role
- Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis
- Location
- Bakı
- Employment type
- Full-time