Model və Təşkilati risklərinin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Model və Təşkilati risklərinin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol təşkilat miqyasında risk mədəniyyətinin formalaşdırılması, təşkilati risklərin idarə edilməsi üçün daxili qaydaların hazırlanması və onlara nəzarətin təmin edilməsi üzrə məsuliyyət daşıyır. Ekspert, risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risk reyestrinin yenilənməsi, həmçinin Risk İştahası Çərçivəsi (RAS) və Əsas Risk İndikatorları (KRI) üçün limitlərin təyin edilməsi və monitorinqi ilə məşğul olacaqdır. Bundan əlavə, İdarə Heyəti və Risk Komitəsi üçün hesabatların hazırlanması, RCSA prosesinə dəstək və risk sağlamlıq indeksinin idarə edilməsi bu vəzifənin əsas istiqamətlərini təşkil edir.
Öhdəliklər
Təşkilat üzrə risk mədəniyyətinin ölçülməsi, inkişaf etdirilməsi və bu sahədə maarifləndirmə təlimlərinin keçirilməsi;
Təşkilati risklərin idarə olunması üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin hazırlanması və onların icrasına nəzarət;
Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, risk reyestrinin mütəmadi yenilənməsi;
Risk İştahası Çərçivəsi (RAS) və Əsas Risk İndikatorları (KRI) üzrə limitlərin təyin edilməsi, əsaslandırılması və təkmilləşdirilməsi;
İdarə Heyəti və Risk Komitəsi üçün risk hesabatlarının hazırlanması və təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət;
RCSA (Risk and Control Self-Assessment) prosesinin aparılmasına dəstək göstərilməsi;
Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri tədbirlərin görülməsi.
Bilik və Bacarıqlar
Risklərin dərin təhlili və strateji qiymətləndirilməsi bacarığı;
Mürəkkəb məlumatları şərh etmək, güclü analitik düşüncə və problemləri həll etmə bacarığı;
Məlumatların analizində Excel və SQL-dən effektiv istifadə;
Təqdimatların hazırlanması üçün PowerPoint proqramından effektiv istifadə;
FRM, CFA, CRMA kimi müvafiq sertifikatların olması arzuolunandır;
Yüksək səviyyədə dəqiqlik, detallara diqqət yetirmə və məsuliyyət hissi;
Etik davranış və məxfilik prinsiplərinə riayət etmə;
Əməkdaşlıq, keyfiyyət yönümlülük və öyrənməyə açıqlıq;
Dil bilikləri: Azərbaycan, İngilis.
Təhsil və Təcrübə
Müvafiq sahə üzrə ali təhsil;
Risklərin idarəedilməsi və ya əlaqəli sahədə 5 ildən artıq iş təcrübəsi.
Bizim Təklifimiz
Peşəkar komanda mühitində əməkdaşlıq imkanı;
Davamlı öyrənmə və fərdi inkişaf üçün geniş imkanlar;
Şirkətin strateji hədəflərinə töhfə vermək şansı;
Şəffaf və dəstəkləyici korporativ mədəniyyət;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Expert / Senior Specialist in Model and Organizational Risk Management and become a member of our professional team.
This role is responsible for shaping the risk culture across the organization, developing internal regulations for organizational risk management, and ensuring their control. The expert will be engaged in identifying and assessing risks, maintaining the risk register, and defining and monitoring limits for the Risk Appetite Statement (RAS) and Key Risk Indicators (KRI). Furthermore, preparing reports for the Management Board and Risk Committee, supporting the RCSA process, and managing the risk health index constitute the core responsibilities of this position.
Responsibilities
Measuring, developing, and conducting awareness training on risk culture across the organization;
Preparing internal rules, processes, and other normative documents for organizational risk management and overseeing their implementation;
Identifying and assessing company-wide risks in terms of probability and impact, and regularly updating the risk register;
Defining, justifying, and improving limits for the Risk Appetite Statement (RAS) and Key Risk Indicators (KRI);
Preparing risk reports for the Management Board and Risk Committee and monitoring compliance with approved risk limits;
Supporting the implementation of the RCSA (Risk and Control Self-Assessment) process;
Managing the risk health index and taking necessary actions to improve it.
Knowledge and Skills
Ability to conduct in-depth analysis and strategic assessment of risks;
Strong analytical thinking, problem-solving skills, and the ability to interpret complex data;
Effective use of Excel and SQL for data analysis;
Proficient use of PowerPoint for preparing presentations;
Relevant certifications such as FRM, CFA, or CRMA are desirable;
High level of accuracy, attention to detail, and a strong sense of responsibility;
Adherence to ethical conduct and confidentiality principles;
Collaboration, quality orientation, and openness to learning;
Language skills: Azerbaijani, English.
Education and Experience
Higher education in a relevant field;
More than 5 years of work experience in risk management or a related field.
What we offer
Opportunity for collaboration in a professional team environment;
Extensive opportunities for continuous learning and personal development;
A chance to contribute to the company's strategic goals;
A transparent and supportive corporate culture;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- RİSKLƏRİN İDARƏOLUNMASI DEPARTAMENTİ
- Role
- Model risklərinin və Təşkilati risklərinin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis
- Locations
- Bakı
- Employment type
- Full-time