İcbari növlər üzrə sektorun mütəxəssisi / baş mütəxəssisi
PAŞA Sığorta ASC namizədləri İcbari növlər üzrə sektorun mütəxəssisi /baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə, sığorta hadisələri nəticəsində yaranan zərərlərin qiymətləndirilməsi prosesinə rəhbərlik edərək, bazar araşdırması yolu ilə ehtiyat hissələri və servis xidmətlərinin optimal dəyərini müəyyən etməkdən məsuldur. Əsas məqsəd, zərər tənzimlənməsi prosesində artıq və əsassız ödənişlərin qarşısını almaq, təmir işlərinin keyfiyyətinə nəzarət etmək və potensial sığorta saxtakarlığı hallarını müəyyənləşdirməklə şirkətin maliyyə dayanıqlığını təmin etməkdir. Bu rol, həmçinin müştərilərə yüksək səviyyəli xidmət göstərərək şirkətə olan sadiqliyin artırılmasında mühüm rol oynayır.
Öhdəliklər
Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanı müəyyənləşdirmək, hissələrin siyahısını tərtib etmək və avtoservislərlə qiymətləri razılaşdırmaq;
Təmir işlərinə ümumi nəzarəti həyata keçirmək, keyfiyyəti təmin etmək və dəyişdirilən hissələrin utilizasiyasını təşkil etmək;
Zərərin qiymətləndirilməsi üçün zəruri sənədləri müvafiq kənar strukturlardan (avtoservislər, qiymətləndiricilər) əldə etmək;
Sığorta saxtakarlığı hallarını araşdırmaq və əsassız ödənişlərin qarşısını almaq;
Yekun zərər məbləğini müəyyən edərək məlumatı departamentin müvafiq əməkdaşlarına ötürmək.
Bilik və Bacarıqlar
Avtomobil ehtiyat hissələri və mexanizmi haqqında dərin texniki biliklər;
Avtomobil ehtiyat hissələri və servis xidmətlərinin bazar qiymətləri üzrə məlumatlılıq;
Sığorta qanunvericiliyi və yol hərəkəti qaydaları üzrə biliklər;
Güclü ünsiyyət və danışıqlar aparma bacarığı;
Yüksək məsuliyyət hissi, stressə davamlılıq və gərgin iş rejimində işləmə bacarığı;
Dil bilikləri: Azərbaycan.
Təhsil və Təcrübə
Ali təhsil;
Aidiyyəti sahə (sığorta, avtomobil təmiri, qiymətləndirmə) üzrə minimum 3 il iş təcrübəsi.
Bizim Təklifimiz
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Rəqəmsal və çevik iş mühitində təcrübə;
Mehriban komanda mühiti və şəffaf korporativ mədəniyyət;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Specialist / Senior Specialist of the Mandatory Insurance Types Sector and become a member of our professional team.
This position is responsible for leading the damage assessment process for insurance claims, determining the optimal cost of spare parts and repair services through market research. The main objective is to ensure the company's financial stability by preventing excessive and unfounded payments in the claims settlement process, overseeing the quality of repair work, and identifying potential insurance fraud. This role is also crucial in enhancing customer loyalty by providing high-level service.
Responsibilities
To assess the damage to property resulting from an insurance event, compile a list of parts, and agree on prices with auto service centers;
To exercise general control over repair work, ensure quality, and organize the disposal of replaced parts;
To obtain necessary documents for damage assessment from relevant external structures (auto services, assessors);
To investigate potential insurance fraud cases and prevent unsubstantiated payments;
To determine the final loss amount and forward the information to the relevant department employees.
Knowledge and Skills
In-depth technical knowledge of automobile spare parts and mechanisms;
Awareness of market prices for automobile spare parts and repair services;
Knowledge of insurance legislation and traffic regulations;
Strong communication and negotiation skills;
High sense of responsibility, stress resistance, and ability to work in a demanding environment;
Language skills: Azerbaijani.
Education and Experience
Higher education;
A minimum of 3 years of work experience in a relevant field (insurance, auto repair, assessment).
What we offer
Opportunities for professional development and career growth;
Experience in a digital and agile work environment;
A supportive team atmosphere and transparent corporate culture;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- SIĞORTA İDDİALARI DEPARTAMENTİ
- Locations
- Bakı
- Employment type
- Full-time