Hüquq Departamentinin Korporativ Katiblik Şöbəsinin Mütəxəssisi
PAŞA Sığorta ASC namizədləri Hüquq Departamentinin Korporativ Katiblik Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin kollegial orqanlarının iclaslarının təşkili, iclas materiallarının idarə olunması və hüquqi sənədləşdirmə proseslərinin effektiv şəkildə həyata keçirilməsinə cavabdehdir, həmçinin hüquqi və inzibati məsələlər üzrə rəhbərliyə dəstək göstərərək korporativ idarəetmənin səmərəliliyinin artırılmasına töhfə verir.
Öhdəliklər
Qərarların rəsmiləşdirilməsindən irəli gələn inzibati işləri həyata keçirmək;
Təhkim olunduğu iclasların hazırlanmasına, materialların toplanması və sistemləşdirilməsinə, iclaslara dair bildirişlərin, gündəliklərin və materialların iştirakçılara göndərilməsinə cavabdehlik daşımaq və bu iclaslarda iştirak etmək;
İclaslarda iştirak edəcək məruzəçiləri iclasın yeri və çıxış vaxtları barədə öncədən məlumatlandırmaq;
İclasların gedişatında qanunvericilik, korporativ idarəetmə və digər hüquqi məsələlərə dair rəy bildirmək;
İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsinə və son materiallarının qorunub saxlanılmasına cavabdehlik daşımaq;
İclas və ya görüşlərin nəticəsi barədə Korporativ Katibə və ya İdarə Heyətinin sədrinə yazılı və ya şifahi şəkildə məruzə etmək;
İclasların səmərəliliyinin artırılması üçün təkliflər vermək və işin yaxşılaşdırılmasına yönələn təşəbbüslərlə çıxış etmək;
Səlahiyyətləri çərçivəsində müvafiq layihələrdə iştirak etmək;
Birbaşa rəhbərin tapşırığı ilə hüquqi təhlillər aparmaq, hüquqi xarakterli məsələlərə dair rəy vermək, arayışlar və məlumatlar hazırlamaq;
Birbaşa rəhbərin tapşırığı ilə şirkətin funksional bölmələri ilə əməkdaşlıq etmək, zəruri məlumat və sənədləri əldə etmək, təhlil və ümumiləşdirmə aparmaq, verilmiş göstərişlərin icra statusunu öyrənmək;
Birbaşa rəhbərin tapşırığı ilə səlahiyyətləri çərçivəsində digər işləri icra etmək.
Bilik və Bacarıqlar
Qanunvericilik aktları və şirkət daxilində qüvvədə olan normativ aktlar üzrə biliklər;
Ünsiyyət qurmaq və fikirlərini aydın ifadə etmək bacarığı;
Çətin şəraitdə işləmək və komanda ilə əməkdaşlıq etmək bacarığı;
Yüksək təşkilatçılıq və sistemləşdirmə bacarıqları;
Analitik düşüncə və təşəbbüskarlıq;
Dil bilikləri: Azərbaycan dili biliyi mükəmməl səviyyədə tələb olunur, İngilis dili və Rus dili bilikləri arzuolunandır.
Təhsil və Təcrübə
Ali təhsil (Hüquq və ya Maliyyə ixtisası üzrə);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada çalışma imkanı;
Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Specialist in the Corporate Secretariat Division of the Legal Department and become a member of our professional team.
This role is responsible for organizing meetings of the company’s collegial bodies, managing meeting materials, and ensuring effective legal documentation processes, while supporting management on legal and administrative matters to enhance the efficiency of corporate governance.
Responsibilities
Carry out administrative tasks arising from the formalization of decisions;
Organize assigned meetings, collect and systematize materials, ensure notifications, agendas, and relevant documents are sent to participants, and attend these meetings;
Inform presenters in advance about the location and time of their presentations at meetings;
Provide opinions on legislation, corporate governance, and other legal matters during meetings;
Ensure the formalization of meeting minutes and the preservation of all final materials;
Report the results of meetings or sessions to the Corporate Secretary or, if required, to the Chairman of the Management Board, either in writing or verbally;
Propose initiatives to improve meeting efficiency and contribute to process enhancements;
Participate in relevant projects within the scope of authority;
Conduct legal analyses, provide opinions on legal matters, and prepare references and information as assigned by the direct supervisor;
Collaborate with functional units, obtain necessary information and documents, perform analyses and generalizations, and monitor the execution status of instructions as assigned by the direct supervisor;
Perform other duties within the scope of authority as assigned by the direct supervisor.
Knowledge and Skills
Knowledge of legislative acts and internal normative documents;
Ability to communicate effectively and express ideas clearly;
Ability to work under pressure and collaborate in a team environment;
Strong organizational and systematization skills;
Analytical thinking and initiative;
Language skills: Excellent command of Azerbaijani is required, proficiency in English and Russian is considered as asset.
Education and Experience
Higher education (in the field of Law or Finance);
Minimum 3 years of relevant work experience.
What we offer
Opportunity to work in a professional and supportive team;
Extensive opportunities for personal and professional development;
Collaborative and transparent work environment;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- HÜQUQ DEPARTAMENTİ
- Role
- Hüquq Departamentinin Korporativ Katiblik Şöbəsinin Mütəxəssisi
- Locations
- Bakı
- Employment type
- Full-time