Əməyin mühafizəsi üzrə mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətdə sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunmasına nəzarət edir, işçilərin təhlükəsiz iş mühitinin təmin edilməsində, əməyin mühafizəsi və təhlükəsizlik üzrə normativlərin tətbiqində və profilaktik tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Öhdəliklər
Sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunmasını təmin etmək və işçilər üçün təhlükəsiz iş mühitinə nəzarət etmək.
Şirkət işçilərinə sağlamlıq, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım bilikləri üzrə təlimatlandırma və maarifləndirmə aparmaq.
Bədbəxt hadisələrin qarşısının alınması məqsədilə təlim və təlimatların hazırlanması və keçirilməsi.
Lazımi hesabatların hazırlanması və təqdim edilməsi.
Vahid tələblərin və normaların müəyyən edilməsi, tətbiqi və zəruri nəzarətin təmin edilməsi.
Avadanlığın təhlükəsizlik normalarına riayət olunmasına və şirkət avtomobillərinin təhlükəsizlik ləvazimatlarının təmin edilməsinə nəzarət etmək.
İş yerində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin normativlərə uyğunluğunu təmin etmək.
Əməyin mühafizəsi və təhlükəsizlik üzrə illik tədbirlər planının hazırlanması, razılaşdırılması və icrasını təmin etmək.
Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsini təşkil etmək.
Bilik və Bacarıqlar
İSO standartları və əmək təhlükəsizliyi qaydaları üzrə biliklər.
Komanda daxilində və minimal nəzarət altında işləmək bacarığı.
Ünsiyyət qurma, icraçılıq və təşəbbüskarlıq.
SƏTƏM üzrə müxtəlif sertifikatlar (İOSH, Yanğın təhlükəsizliyi, İlkin tibbi yardım və s.).
Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə, rus dili – yaxşı səviyyədə, ingilis dili biliyi isə üstünlük hesab olunur.
Təhsil və Təcrübə
Ali təhsil (Bakalavr) – Sənaye mühəndisliyi, Ekologiya mühəndisliyi və ya oxşar sahələr üzrə.
Texniki və təhlükəsizlik funksiyalarının icrasında minimum 3 il iş təcrübəsi.
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı.
Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları.
Şirkətin inkişafında və təhlükəsiz iş mühitinin formalaşdırılmasında birbaşa iştirak.
Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət.
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Occupational Health and Safety Specialist and become a member of our professional team.
This role oversees the management of health and occupational safety within the company, ensuring a safe working environment for employees, implementing regulatory standards on occupational safety, and driving preventive measures to mitigate workplace risks.
Responsibilities
Ensure the management of health and occupational safety and monitor a safe working environment for employees.
Conduct training and awareness sessions for employees on health, fire safety, and first aid.
Develop and deliver instructions and training to prevent workplace accidents.
Prepare and submit required reports.
Establish, implement, and monitor unified requirements and standards.
Ensure compliance with equipment safety standards and provision of safety equipment for company vehicles.
Maintain workplace sanitary-hygienic conditions and occupational safety in accordance with regulations.
Prepare, coordinate, and implement the annual plan of activities on occupational safety and security.
Organize and implement preventive measures to avoid accidents and occupational diseases, and improve working conditions.
Knowledge and Skills
Knowledge of ISO standards and occupational safety regulations.
Ability to work in a team and under minimal supervision.
Strong communication, execution, and initiative skills.
Various certifications in HSE (IOSH, Fire Safety, First Aid, etc.).
Language proficiency: Excellent command of Azerbaijani, good command of Russian, and knowledge of English is considered an advantage.
Education and Experience
Bachelor’s degree in Industrial Engineering, Environmental Engineering, or related fields.
Minimum 3 years of experience in technical and safety functions.
What we offer
Collaboration within a professional and supportive team.
Continuous learning and training opportunities for personal and professional growth.
Direct involvement in company development and shaping a safe work environment.
A corporate culture based on transparency and open communication.
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- Daxili nəzarət xidməti
- Locations
- Bakı
- Employment type
- Full-time