Korporativ hüquq üzrə təcrübəçi
PAŞA Sığorta ASC namizədləri Korporativ hüquq üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə Hüquq Departamentinin gündəlik fəaliyyətinə dəstək göstərmək, hüquqi sənədlərin ekspertizasında və hazırlanmasında iştirak etmək, digər strukturların hüquqi maarifləndirilməsi prosesinə töhfə vermək və rəhbərinin tapşırıqlarının icrasında fəal rol almaq imkanı yaradır.
Öhdəliklər
Daxil olmuş sorğu və müraciətlər üzrə təcrübə rəhbərinin fəaliyyətinə dəstək göstərmək;
Hüquqi sənədlərin ekspertizası işində iştirak etmək;
Təşkilati-sərəncamverici və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
Digər strukturların əməkdaşlarının hüquqi maarifləndirilməsi işinə dəstək olmaq;
Şöbənin fəaliyyəti üzrə aidiyyəti digər hüquqi tapşırıqların icra edilməsində iştirak etmək.
Bilik və Bacarıqlar
Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
Yaxşı səviyyədə hüquqi yazı bacarıqları;
MS Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək;
Mülki qanunvericilik üzrə biliklər;
Sığorta qanunvericiliyi üzrə başlanğıc biliklər;
Əmək qanunvericiliyi üzrə orta səviyyədə biliklər;
Prosessual qanunvericilik üzrə başlanğıc biliklər;
İdarəçilik və koordinasiya bacarıqları;
Dəyişikliklərə uyğunlaşma və təşəbbüskarlıq;
Komandada işləmək və yüksək ünsiyyət bacarıqları;
Dil bilikləri: Azərbaycan dili — səlis, İngilis dili — yaxşı səviyyədə, Rus dili bilikləri arzuolunandır.
Təhsil və Təcrübə
Hüquq fakültəsinin sonuncu kursunda təhsil alan və ya yeni məzun olmuş şəxslərə üstünlük verilir.
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı;
Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
Öyrənmə və təcrübə mübadiləsi mühiti;
Şəffaf və açıq kommunikasiya mədəniyyəti;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Corporate law intern and become a member of our professional team.
This role offers the opportunity to support the daily operations of the Legal Department, participate in the review and preparation of legal documents, contribute to the legal awareness of other departments, and play an active part in fulfilling assignments from the internship supervisor.
Responsibilities
Support the internship supervisor in responding to incoming requests and inquiries;
Participate in the review of legal documents;
Assist in the preparation of organizational and administrative document drafts;
Support the legal awareness initiatives for employees of other departments;
Participate in the execution of other relevant legal tasks within the department.
Knowledge and Skills
Excellent command of Azerbaijani and good command of English;
Strong legal writing skills;
Proficiency in MS Office programs (Word, Excel);
Knowledge of civil law;
Basic understanding of insurance legislation;
Intermediate knowledge of labor law;
Basic knowledge of procedural law;
Management and coordination abilities;
Adaptability and initiative;
Teamwork and strong communication skills;
Language skills: Fluent in Azerbaijani, good command of English; knowledge of Russian is considered an advantage.
Education and Experience
Preference for final-year law students or recent graduates.
What we offer
Collaboration within a professional and supportive team;
Extensive opportunities for personal and professional growth;
An environment for learning and knowledge exchange;
A culture of transparent and open communication;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- HÜQUQ DEPARTAMENTİ
- Role
- Korporativ hüquq üzrə təcrübəçi
- Locations
- Bakı
- Employment type
- Full-time