Qəbul Olunan Təkrarsığorta üzrə Sektor Rəhbəri
PAŞA Sığorta ASC namizədləri Qəbul Olunan Təkrarsığorta üzrə Sektor Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin qəbul olunan təkrarsığorta strategiyasının formalaşdırılması, portfelin inkişafı və idarə olunması, risklərin qiymətləndirilməsi, tərəfdaşlarla effektiv əməkdaşlığın qurulması və sektorun fəaliyyətinin yüksək səviyyədə təşkili üzrə əsas məsuliyyət daşıyır. Rəhbər olaraq, daxili prosedurlar və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi, komanda idarəetməsi və sektorun davamlı inkişafına töhfə vermək əsas prioritetlərdəndir.
Öhdəliklər
Qəbul olunan təkrarsığorta strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
Qəbul olunan təkrarsığorta portfelinin inkişaf etdirilməsi və idarə olunması;
Yerli və beynəlxalq brokerlər, sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
Qəbul olunan fakultativ və obliqator təkrarsığorta təkliflərinin təhlili və qiymətləndirilməsi;
Risklərin anderraytinq prinsiplərinə uyğun qiymətləndirilməsi və qərarvermə prosesində iştirak;
Təkrarsığorta müqavilələrinin şərtlərinə əməl olunmasına nəzarət;
Qəbul olunan portfel üzrə risk monitorinqi və analitik hesabatların hazırlanması;
Daxili prosedurlar və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi;
Qəbul olunan təkrarsığorta əməliyyatlarının effektiv və balanslı şəkildə aparılmasının təmin edilməsi;
Sektor əməkdaşlarının fəaliyyətinin təşkili, inkişafı və iş bölgüsünün koordinasiyası;
Təkrarsığorta şöbəsinin rəhbəri tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə icra olunmasının təmin edilməsi.
Bilik və Bacarıqlar
Qəbul olunan təkrarsığorta üzrə biliklər;
Fakultativ və obliqator təkrarsığorta mexanizmləri üzrə təcrübə;
Risk qiymətləndirmə və analitik düşünmə bacarığı;
Təkrarsığorta müqavilələri və şərtləri ilə işləmə bacarığı;
Portfel idarəetməsi və hesabatlıq üzrə anlayış;
Brokerlər və biznes tərəfdaşları ilə effektiv ünsiyyət bacarığı;
Komanda idarəetməsi və koordinasiya bacarıqları;
Microsoft Office (Outlook, Word, Excel, PowerPoint və s.) bilikləri;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya riyaziyyat sahəsində;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Sahə üzrə sertifikatların (CII) olması üstünlükdür.
Bizim Təklifimiz
Peşəkar və dinamik komandada çalışma imkanı;
Fərdi və peşəkar inkişaf üçün dəstək və resurslar;
Şirkətin davamlı inkişafında və innovativ layihələrdə iştirak etmək imkanı;
Şəffaf və açıq korporativ mühit;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Inward Reinsurance Sector and become a member of our professional team.
This role is responsible for shaping and executing the inward reinsurance strategy, developing and managing the portfolio, assessing risks, building effective partnerships, and ensuring high-level organization of the sector’s activities. As a leader, the position ensures compliance with internal procedures and regulatory requirements, drives team management, and contributes to the continuous development of the sector.
Responsibilities
Development and implementation of the inward reinsurance strategy;
Development and management of the inward reinsurance portfolio;
Establishing and maintaining cooperation with local and international brokers, insurers, and reinsurers;
Reviewing and evaluating inward facultative and treaty reinsurance offers;
Participating in risk assessment and underwriting decision-making processes;
Monitoring compliance with the terms and conditions of reinsurance contracts;
Monitoring portfolio performance and preparing analytical reports on inward reinsurance risks;
Ensuring compliance with internal procedures and regulatory requirements;
Ensuring balanced and efficient execution of inward reinsurance operations;
Organizing, developing, and coordinating the activities of sector employees;
Ensuring timely and high-quality execution of tasks assigned by the Head of Reinsurance Division.
Knowledge and Skills
Knowledge of inward reinsurance operations;
Experience with facultative and treaty reinsurance mechanisms;
Strong analytical thinking and risk assessment skills;
Ability to work with reinsurance contracts and wording;
Understanding of portfolio management and reporting processes;
Effective communication skills with brokers and business partners;
Team management and coordination skills;
Proficiency in Microsoft Office (Outlook, Word, Excel, PowerPoint, etc.);
Language skills: Azerbaijani, English, Russian
Education and Experience
Higher education in Economics, Finance, Law, or Mathematics;
Minimum 3 years of relevant experience;
Professional certifications in the field (CII) are an advantage.
What we offer
Opportunity to work in a professional and dynamic team;
Support and resources for personal and professional development;
Involvement in the company’s continuous growth and innovative projects;
Transparent and open corporate environment;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- ANDERRAYTİNQ VƏ TƏKRARSIĞORTA DEPARTAMENTİ
- Role
- Qəbul Olunan Təkrarsığorta üzrə Sektor Rəhbəri
- Locations
- Bakı
- Employment type
- Full-time