Korporativ sığorta üzrə təcrübəçi
PAŞA Sığorta ASC namizədləri Korporativ Sığorta üzrə Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Korporativ Sığorta üzrə Təcrübəçi mövcud korporativ müştərilərlə iş proseslərinə dəstək göstərəcək, sığorta şəhadətnamələrinin yenilənməsi, sənədləşmənin idarə edilməsi və müvafiq sorğuların hazırlanması kimi əməliyyatlarda iştirak edəcək. Bu rol, departamentin gündəlik fəaliyyətinin səmərəliliyinə töhfə verməklə yanaşı, korporativ sığorta sahəsində ilkin praktiki təcrübə qazanmaq üçün mühüm fürsət yaradır.
Öhdəliklər
Sığorta şəhadətnamələrinin yenilənməsi prosesində iştirak etmək;
Müvafiq strukturlara sorğuların hazırlanması və göndərilməsi;
Lazımi sənədlərin qəbul edilməsi və sistemləşdirilməsi;
Birbaşa rəhbərin və sektor rəhbərlərinin tapşırıqlarını yerinə yetirmək.
Bilik və Bacarıqlar
Sığorta qanunvericiliyi üzrə biliklərin olması arzuolunandır;
Yüksək səviyyədə işgüzar yazışma və ünsiyyət qurma bacarığı;
Təşəbbüskarlıq, dəqiqlik və məsuliyyət;
Komandada işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan,Rus və İngilis dilləri
Təhsil və Təcrübə
Ali təhsil;
İş təcrübəsi tələb olunmur.
Bizim Təklifimiz
Peşəkar inkişaf və karyera imkanları;
Dəstəkləyici və əməkdaşlıq mühitində işləmək imkanı;
Şirkətin uğuruna birbaşa töhfə vermək şansı;
Şəffaf və açıq korporativ mədəniyyət;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Corporate İnsurance Intern and become a member of our professional team.
Corporate İnsurance Intern will support the processes of working with existing corporate clients, participating in operations such as the renewal of insurance certificates, management of documentation, and preparation of relevant inquiries. This role not only contributes to the efficiency of the department's daily activities but also creates a significant opportunity to gain initial practical experience in the corporate insurance field.
Responsibilities
Participate in the renewal process of insurance certificates;
Prepare and send inquiries to relevant departments;
Receive and organize necessary documents;
Fulfill tasks assigned by the direct manager and sector heads.
Knowledge and Skills
Knowledge of insurance legislation is desirable;
Excellent business writing and communication skills;
Proactiveness, accuracy, and a sense of responsibility;
Ability to work in a team;
Language skills: Azerbaijani, Russian and English
Education and Experience
Higher education;
No work experience is required.
What we offer
Professional development and career opportunities;
Opportunity to work in a supportive and collaborative environment;
A chance to contribute directly to the company's success;
A transparent and open corporate culture;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- KORPORATİV SATIŞ DEPARTAMENTİ
- Role
- Korporativ sığorta üzrə təcrübəçi
- Locations
- Bakı
- Employment type
- Full-time