HelpDesk və Texniki Dəstək Şöbəsinin Rəhbəri
PAŞA Sığorta ASC namizədləri HelpDesk və Texniki Dəstək Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin HelpDesk və texniki dəstək xidmətlərinin effektiv idarə olunmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və IT əməliyyatlarının fasiləsiz işləməsinə cavabdehdir. Rəhbər olaraq, komandanın peşəkar inkişafını təmin etmək, prosesləri optimallaşdırmaq, texniki infrastrukturun idarə olunmasına nəzarət etmək və biznes məqsədlərinə uyğun innovativ həllər tətbiq etmək əsas prioritetlərdəndir.
Öhdəliklər
- HelpDesk mühəndislərindən ibarət komandanın birbaşa idarə olunması, işə qəbul, performansın qiymətləndirilməsi və komandanın inkişafının təmin edilməsi.
- Xidmət səviyyəsi göstəricilərinin (SLA/OLA, KPI, MTTR, CSAT) müəyyən edilməsi və monitorinqi.
- ITIL metodologiyası əsasında insidentlərin idarə edilməsi və xidmət sorğularının icrası proseslərinin optimallaşdırılması.
- İşçi stansiyaları, periferik avadanlıqlar və proqram təminatı lisenziyalarının satın alınması, quraşdırılması və inventarlaşdırılmasına nəzarət.
- Daxili texniki heyət və son istifadəçilər üçün bilik bazasının idarə olunması və təlimatların hazırlanması.
- Birinci səviyyəli dəstək və digər infrastruktur komandaları arasında eskalasiya proseslərinin koordinasiyası.
- Service Desk alətləri və çat-botlar vasitəsilə təkrar olunan tapşırıqların avtomatlaşdırılması imkanlarının müəyyən edilməsi.
- Texniki layihələrin vaxtında və müəyyən edilmiş büdcə çərçivəsində başa çatdırılmasını təmin etmək.
- Rəsmi yazışmaları idarə etmək və texniki layihə icraçıları ilə effektiv qarşılıqlı əlaqə qurmaq.
- Layihələrin şirkət standart və prosedurlarına uyğun icrasına nəzarət etmək.
Bilik və Bacarıqlar
- ITIL standartları üzrə dərin biliklər və müasir Service Desk platformaları (Jira Service Management, ServiceNow, ManageEngine, GLPI) ilə iş təcrübəsi.
- Windows və Linux əməliyyat sistemləri, Active Directory/Azure AD, şəbəkə əsasları (TCP/IP, DNS, VPN) və Office 365 idarəetməsi üzrə peşəkar biliklər.
- İdarəetmə və koordinasiya, komanda motivasiyası və texniki məsələləri biznes dilinə çevirmək bacarığı.
- Stres altında qərar qəbul etmək və problemləri effektiv həll etmək bacarığı.
- Detallara diqqət və məsuliyyətlilik.
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
- Script yazmaq və proqram təminatı inkişafı sahəsində biliklər.
- MS SQL və DBA üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
- Kompüter elmləri, informasiya sistemləri və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi.
- İT dəstək sahəsində ən azı 5 il iş təcrübəsi, bunun minimum 2 ili rəhbər vəzifədə olmaqla.
- ITIL Foundation və ya digər müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.
- İT infrastruktur auditi və ya sistem miqrasiyası layihələrində iştirak təcrübəsi üstünlükdür.
Bizim Təklifimiz
- Peşəkar və dinamik komandada işləmək imkanı.
- Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar.
- Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti.
- İnnovativ layihələrdə iştirak və biznesə real təsir imkanı.
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of HelpDesk and Technical Support Department and become a member of our professional team.
This position is responsible for the effective management of HelpDesk and technical support services, enhancing service quality, and ensuring seamless IT operations. As a leader, the main priorities are to drive professional team development, optimize processes, oversee technical infrastructure management, and implement innovative solutions aligned with business objectives.
Responsibilities
- Direct management of the HelpDesk engineering team, including recruitment, performance evaluation, and ensuring team development.
- Definition and monitoring of service level indicators (SLA/OLA, KPI, MTTR, CSAT).
- Optimization of incident management and service request fulfillment processes based on ITIL methodology.
- Supervision of procurement, installation, and inventory of workstations, peripheral devices, and software licenses.
- Management of the knowledge base and preparation of guidelines for both internal technical staff and end users.
- Coordination of escalation processes between first-level support and other infrastructure teams.
- Identification of automation opportunities for repetitive tasks via Service Desk tools and chatbots.
- Ensuring timely and budget-compliant completion of technical projects.
- Managing official correspondence and establishing effective communication with technical project stakeholders.
- Monitoring project execution in accordance with company standards and procedures.
Knowledge and Skills
- In-depth knowledge of ITIL standards and hands-on experience with modern Service Desk platforms (Jira Service Management, ServiceNow, ManageEngine, GLPI).
- Professional knowledge of Windows and Linux operating systems, Active Directory/Azure AD, network fundamentals (TCP/IP, DNS, VPN), and Office 365 administration.
- Leadership, coordination, team motivation, and ability to translate technical issues into business language.
- Ability to make decisions under pressure and solve problems effectively.
- Attention to detail and sense of responsibility.
- Teamwork and effective communication skills.
- Scripting and software development knowledge.
- Knowledge of MS SQL and DBA.
- Language skills: Azerbaijani, English, Russian
Education and Experience
- Bachelor’s or master’s degree in computer science, information systems, or a related field.
- At least 5 years of experience in IT support, including a minimum of 2 years in a managerial role.
- ITIL Foundation or other relevant international certifications are an advantage.
- Experience in IT infrastructure audit or participation in system migration projects is an advantage.
What we offer
- Opportunity to work in a professional and dynamic team.
- Extensive opportunities for personal and professional growth.
- A transparent and collaborative work environment.
- Participation in innovative projects and real business impact.
- Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- İT İNFRASTRUKTURU DEPARTAMENTİ
- Locations
- Bakı
- Employment type
- Full-time