Məlumatların İdarəolunması Departamentinin Rəhbəri
PAŞA Sığorta ASC namizədləri Məlumatların İdarəolunması Departamentinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Məlumatların İdarəolunması Departamentinin Rəhbəri şirkətin data strategiyasının formalaşdırılması və həyata keçirilməsinə rəhbərlik edən əsas lider rolunu daşıyır. Bu vəzifə şirkətin məlumatların idarə olunması, məlumat keyfiyyətinin artırılması, analitika və məlumat əsaslı qərarvermə imkanlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə strateji istiqamət verir və məlumatların şirkət üçün strateji aktivə çevrilməsini təmin edir. Eyni zamanda, müasir analitika, süni intellekt və data platformalarının inkişafı üçün strateji çərçivənin qurulmasına, məlumat idarəetməsi siyasətlərinin və standartlarının tətbiqinə rəhbərlik edir.
Öhdəliklər
- Şirkətin data strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək, məlumatların biznes dəyərini artıran təşəbbüsləri formalaşdırmaq.
- Data və analitika vasitəsilə şirkətin gəlirliliyinin artırılması və biznes qərarlarının optimallaşdırılmasına töhfə vermək.
- Underwriting, risk qiymətləndirilməsi, müştəri davranışı və fraud detection kimi istiqamətlər üzrə məlumat əsaslı analitik modellərin və həllərin inkişafını dəstəkləmək.
- Müasir AI və advanced analytics alətlərinin tətbiqi ilə sığorta məhsullarının qiymətləndirilməsi, risk modellərinin təkmilləşdirilməsi və əməliyyat effektivliyinin artırılması təşəbbüslərinə rəhbərlik etmək.
- Məlumat bazalarının idarə olunması, məlumat arxitekturası və məlumat idarəetməsi istiqamətləri üzrə departament fəaliyyətini planlaşdırmaq və inkişaf etdirmək.
- Şirkət üzrə data governance çərçivəsinin, siyasətlərin və standartların hazırlanmasına və tətbiqinə rəhbərlik etmək.
- Məlumat keyfiyyətinin artırılması və məlumatların düzgünlüyünün təmin edilməsi üçün sistem və nəzarət mexanizmlərini qurmaq.
- Biznes bölmələri ilə əməkdaşlıq edərək məlumat və analitika vasitəsilə strateji qərarvermə proseslərini dəstəkləmək.
- Müxtəlif biznes istiqamətləri üçün advanced analytics və BI həllərinin tətbiqinə rəhbərlik etmək.
- Müştəri təcrübəsinin və biznes performansının yaxşılaşdırılması məqsədilə data-driven analitika və modelləşdirmə imkanlarını inkişaf etdirmək.
- Şirkət daxilində data əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması və yayılması üçün təşəbbüslər həyata keçirmək.
- ETL proseslərinin, məlumat inteqrasiyası və məlumat platformalarının dizaynına və inkişafına nəzarət etmək.
- Yeni məlumat sistemlərinin yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsi üzrə layihələri idarə etmək.
- Departament üzrə strateji təşəbbüslərin icrası və nəticələri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Bilik və Bacarıqlar
- Microsoft SQL Server, Azure SQL / Data Warehouse, Integration Systems, Data Architecture, Reporting Systems, Data Analytics, Data Governance, Microsoft Office, SSMS, SSIS, SSRS, Power BI kimi texnologiyalardan istifadə bacarığı
- Analitik düşüncə və strateji qərarvermə qabiliyyəti
- Mürəkkəb problemlərin həlli bacarığı
- Effektiv kommunikasiya və təsiretmə bacarığı
- Dəqiqlik, məsuliyyət və nəticələrə fokuslanma
- İdarəetmə və koordinasiya bacarığı
- Adaptasiya və dəyişikliyin idarə olunması
- Nəticələrə yönümlülük
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
- Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə; magistr dərəcəsi üstünlükdür)
- Məlumatların idarəolunması və əlaqəli sahədə minimum 5 il iş təcrübəsi
Bizim Təklifimiz
- Peşəkar və innovativ komanda ilə əməkdaşlıq imkanı
- Şirkətin inkişafında real təsir və strateji rol oynamaq imkanı
- Fərdi və peşəkar inkişaf üçün dəstək və resurslar
- Şəffaflıq və açıq kommunikasiyaya əsaslanan korporativ mədəniyyət
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Data Management Department and become a member of our professional team.
The Head of Data Management Department is a key leader responsible for shaping and executing the company’s data strategy. This role provides strategic direction in data management, quality enhancement, analytics, and the development of data-driven decision-making capabilities, ensuring data becomes a strategic asset for the business. The position also leads the establishment of frameworks for advanced analytics, artificial intelligence, and data platforms, as well as the implementation of data management policies and standards.
Responsibilities
- Lead the development and execution of the company’s data strategy, forming initiatives that enhance the business value of data.
- Drive profitability and optimize business decisions through data and analytics.
- Support the development of data-driven analytical models and solutions in areas such as underwriting, risk assessment, customer behavior, and fraud detection.
- Lead initiatives to implement modern AI and advanced analytics tools for product pricing, risk model improvement, and operational efficiency.
- Plan and develop departmental activities in data management, data architecture, and database administration.
- Oversee the preparation and implementation of company-wide data governance frameworks, policies, and standards.
- Establish systems and controls to improve data quality and ensure data accuracy.
- Collaborate with business units to support strategic decision-making through data and analytics.
- Lead the implementation of advanced analytics and BI solutions for various business directions.
- Develop data-driven analytics and modeling capabilities to enhance customer experience and business performance.
- Promote and foster a data-driven decision-making culture across the organization.
- Supervise the design and development of ETL processes, data integration, and data platforms.
- Manage projects for the creation of new data systems and the enhancement of existing ones.
- Regularly report to management on the execution and outcomes of departmental strategic initiatives.
Knowledge and Skills
- Proficiency in technologies such as Microsoft SQL Server, Azure SQL / Data Warehouse, Integration Systems, Data Architecture, Reporting Systems, Data Analytics, Data Governance, Microsoft Office, SSMS, SSIS, SSRS, Power BI
- Strong analytical thinking and strategic decision-making abilities
- Complex problem-solving skills
- Effective communication and influencing skills
- Accuracy, responsibility, and results-oriented approach
- Management and coordination capabilities
- Adaptability and change management
- Results-driven mindset
- Language skills: Azerbaijani, English, Russian
Education and Experience
- Higher education in Computer Science, Information Technology, or a related field (Master’s degree preferred)
- At least 5 years of experience in data management or a related area
What we offer
- Opportunity to collaborate with a professional and innovative team
- Real impact and strategic role in the company’s development
- Support and resources for personal and professional growth
- Corporate culture based on transparency and open communication
- Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- MƏLUMATLARIN İDARƏEDİLMƏSİ DEPARTAMENTİ
- Locations
- Bakı
- Employment type
- Full-time