Lean biznes analitik
PAŞA Sığorta ASC namizədləri Lean biznes analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Lean Biznes Analitik şirkətin strateji məqsədlərinə uyğun olaraq biznes proseslərinin dəyər axını əsasında təhlilini aparır, israfı müəyyənləşdirir və proseslərin ölçülə bilən şəkildə təkmilləşdirilməsini təmin edir. Bu vəzifə Lean prinsipləri, məlumat əsaslı yanaşma və uyğun texnoloji həllərlə biznes məqsədlərini əlaqələndirərək operativ səmərəliliyin, keyfiyyətin və müştəri dəyərinin artırılmasına töhfə verir.
Öhdəliklər
- Təşkilatda Lean metodologiyasının tətbiqinə və yayılmasına dəstək vermək, Lean Agile Office tərəfindən müəyyən edilmiş standartlara uyğun icranı təmin etmək
- Value Stream Mapping (VSM) vasitəsilə əsas proses və dəyər axınlarının təhlilində iştirak etmək, israf nöqtələrini müəyyənləşdirmək
- Lean alətləri (Kaizen, 5S, Visual Management) əsasında proseslərin sadələşdirilməsi və optimallaşdırılması təşəbbüslərində iştirak etmək
- Continuous Improvement təşəbbüslərinin icrasında iştirak etmək və bu yanaşmanın komandalar arasında tətbiqinə dəstək olmaq
- Komandaların müəyyən edilmiş proses intizamına riayət etməsinə dəstək vermək və Lean uyğunluq yoxlamalarında iştirak etmək
- Əməliyyat səmərəliliyinin artırılması üçün Lead Time, Cycle Time və Flow Efficiency göstəricilərinin izlənməsində və təhlilində iştirak etmək
Bilik və Bacarıqlar
- Güclü analitik və problemlərin həlli bacarıqları, detallara diqqət
- Tələblərin toplanması, izlənməsi, dəyişikliklərin idarə olunması və sənədləşdirmənin aparılması
- Layihə idarəetmə prinsipləri haqqında baza bilikləri
- Əsas texnologiyalar, platformalar və arxitektura haqqında biliklər
- Biznes və texniki komandalar arasında ünsiyyəti qurmaq və idarə etmək
- Müxtəlif sistemlərin inteqrasiyasını anlamaq
- Avtomatlaşdırma və robotlaşdırma texnologiyaları haqqında məlumatlılıq
- Potensial riskləri müəyyənləşdirmək və onlarla bağlı tədbirlər görmək
- Proqram təminatının inkişafının həyat dövrü metodologiyaları (Agile, Scrum, SAFe Kanban) haqqında biliklər
- Uzunmüddətli biznes məqsədlərini nəzərə alaraq strateji qərarlar qəbul etmək
- Davamlı öyrənmə və inkişaf etmə arzusu
- Müvafiq sahə və sənaye üzrə biliklər (maliyyə, səhiyyə, insan resursları və s.)
- Təhlil, kommunikasiya, punktuallıq, məsuliyyətlik, ünsiyyətçilik, komandada işləmə bacarığı, münaqişələrin həlli
- Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
- Biznesin İdarə Edilməsi, İnformasiya Texnologiyaları, Maliyyə və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- Müvafiq sahədə 2-4 il iş təcrübəsi
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və bilik mübadiləsi
- Fərdi və peşəkar inkişaf imkanları
- Şirkətin strateji təşəbbüslərində iştirak və real təsir imkanı
- Şəffaf və innovativ iş mühiti
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Lean BA and become a member of our professional team.
The Lean Business Analyst conducts value stream-based analysis of business processes in line with the company's strategic objectives, identifies waste, and ensures measurable process improvements. This role drives operational efficiency, quality, and customer value by aligning business goals with Lean principles, data-driven approaches, and appropriate technological solutions.
Responsibilities
- Support the implementation and dissemination of Lean methodology across the organization, ensuring execution in accordance with standards set by the Lean Agile Office
- Participate in the analysis of key processes and value streams using Value Stream Mapping (VSM), identifying points of waste
- Engage in process simplification and optimization initiatives based on Lean tools (Kaizen, 5S, Visual Management)
- Contribute to the execution of Continuous Improvement initiatives and support the adoption of this approach among teams
- Support teams in adhering to established process discipline and participate in Lean compliance audits
- Assist in monitoring and analyzing Lead Time, Cycle Time, and Flow Efficiency indicators to enhance operational effectiveness
Knowledge and Skills
- Strong analytical and problem-solving skills with attention to detail
- Experience in requirements gathering, tracking, change management, and documentation
- Basic knowledge of project management principles
- Understanding of core technologies, platforms, and architecture
- Ability to establish and manage communication between business and technical teams
- Understanding of integration between various systems
- Awareness of automation and robotics technologies
- Ability to identify potential risks and take appropriate actions
- Knowledge of software development lifecycle methodologies (Agile, Scrum, SAFe Kanban)
- Strategic decision-making considering long-term business objectives
- Desire for continuous learning and development
- Familiarity with relevant fields and industries (finance, healthcare, human resources, etc.)
- Analytical thinking, communication, punctuality, responsibility, interpersonal skills, teamwork, conflict resolution
- Language skills: Azerbaijani, English
Education and Experience
- Bachelor’s degree in Business Administration, Information Technology, Finance, or a related field
- 2-4 years of relevant professional experience
What we offer
- Collaboration and knowledge sharing within a professional and supportive team
- Opportunities for personal and professional growth
- Involvement in strategic company initiatives and real impact
- Transparent and innovative work environment
- Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- Lean Agile mərkəzi
- Role
- Lean biznes analitik
- Locations
- Bakı
- Employment type
- Full-time