Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə baş mütəxəssis kimi əsas məqsədiniz şirkətin maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə rəhbərlik etmək, risklərin effektiv idarə olunması üçün qabaqcıl metodologiyaların tətbiqini təmin etmək və rəhbərliyə strateji qərarların qəbulunda dəstək vermək olacaq.
Öhdəliklər
- Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqinə rəhbərlik etmək, nəticələri təhlil etmək və risklər üzrə rəy bildirmək, reytinq dəyişikliklərinin şirkətin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək.
- Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələbləri nəzərə alaraq metodoloji sənədlərin uyğunluğunu təmin etmək, metodologiyaların hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi prosesinə rəhbərlik etmək.
- Maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi və qiymətləndirilməsini təşkil etmək.
- Stress-test modellərinin hazırlanması, tətbiqi və nəticələrinin dərin təhlilini aparmaq, nəticələrə əsaslanaraq risklərin azaldılması üzrə təkliflər vermək.
- Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlamaq.
- Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər irəli sürmək.
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən və xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.
- Riyazi, statistik və analitik modellərdən istifadə etməklə maliyyə risklərinin ölçülməsini həyata keçirmək.
- Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək.
- Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bilik və Bacarıqlar
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
- Maliyyə risklərinin idarə olunması sahəsində biliklər
- Riyazi-statistik metodlar üzrə biliklər
- Maliyyə hesabatları üzrə biliklər
- Modelləşdirmə və iri həcmli məlumat bazaları ilə işləmək bacarığı
- Təqdimat bacarıqları
- Emosional stabillik və məsuliyyətlilik
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Məntiqi və analitik düşüncə
- Stressə davamlılıq və təşəbbüskarlıq
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
- Ali təhsil (bakalavr) – İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Riyaziyyat ixtisasları üzrə
- Maliyyə və ya sığorta risklərinin idarəolunması sahəsində minimum 3 il iş təcrübəsi
- FRM, PRM, CFA kimi beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür
Bizim Təklifimiz
- Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı
- Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları
- Şirkətin uğuruna töhfə vermək və dəyər yaratmaq imkanı
- Şəffaf və açıq korporativ mədəniyyət
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Senior Specialist in Financial and Insurance Risk Management and become a member of our professional team.
As a Senior Specialist in Financial and Insurance Risk Management, your primary objective will be to lead the systematic identification, assessment, and management of the company’s financial and insurance risks, ensure the implementation of advanced methodologies for effective risk management, and support senior management in strategic decision-making processes.
Responsibilities
- Lead the regular monitoring of ratings of financial institutions and reinsurance companies, analyze results, provide risk opinions, assess the impact of rating changes on the company’s risk profile, and report findings to management.
- Ensure compliance of methodological documents with international best practices and regulatory requirements in financial risk management, and lead the development, improvement, and updating of methodologies.
- Organize the systematic identification and assessment of financial and insurance risks.
- Develop, implement, and conduct in-depth analysis of stress-test models, and provide recommendations to mitigate risks based on results.
- Prepare substantiated proposals for the calculation and updating of financial risk limits.
- Evaluate the alignment of risk appetite with strategic objectives and make relevant recommendations.
- Analyze data obtained from other departments, electronic information systems, and external sources for risk assessment and management purposes.
- Measure financial risks using mathematical, statistical, and analytical models.
- Provide consulting and methodological support to other departments regarding financial risks.
- Prepare analytical reviews and presentations on risk indicators.
- Fulfill other tasks assigned by direct supervisor.
Knowledge and Skills
- Proficiency in MS Office applications
- Knowledge of financial risk management
- Understanding of mathematical and statistical methods
- Familiarity with financial reporting
- Skills in modeling and working with large databases
- Presentation skills
- Emotional stability and responsibility
- Ability to work in a team and communicate effectively
- Logical and analytical thinking
- Stress resilience and initiative
- Language skills: Azerbaijani, English, Russian
Education and Experience
- Higher education (bachelor’s degree) in Economics, Finance, Management, or Mathematics
- Minimum 3 years of experience in financial or insurance risk management
- International certifications such as FRM, PRM, CFA are an advantage
What we offer
- Collaboration and development opportunities within a professional and dynamic team
- Training and learning opportunities for personal and professional growth
- Opportunity to contribute to the company’s success and create value
- Transparent and open corporate culture
- Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- RİSKLƏRİN İDARƏOLUNMASI DEPARTAMENTİ
- Locations
- Bakı
- Employment type
- Full-time