Satış hesabatlılığı və analitika şöbəsinin rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri Hesabatlılıq və analitika şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
· Əməkdaşlar və satış kanalları üzrə qiymətləndirmə (scoring) modellərinin hazırlanması, icrasına nəzarət və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
· Risklərin və böyümə imkanlarının təhlili, nəticələrin aidiyyəti maraqlı tərəflərlə müzakirə edilməsi;
· Analitik nəticələrin biznes hədəfləri ilə əlaqələndirilməsi və məlumat əsaslı qərarvermə (data-driven decision making) mədəniyyətinin təşviqi;
· Satış performansının ölçülməsi üzrə çərçivələrin hazırlanması, tətbiqinə nəzarət və davamlı olaraq təkmilləşdirilməsinin təmin edilməsi;
· Biznes qərarlarının və təşəbbüslərinin dəstəklənməsi məqsədilə analitik hesabatların və əsaslandırılmış tövsiyələrin hazırlanması və təqdim edilməsi;
· Hesabatlarda və analizlərdə məlumatların dəqiqliyinin, tamlığının və vaxtında təqdim edilməsinin təmin edilməsi;
· Məhsul, kanal və müştəri seqmentləri üzrə portfelin təhlili, trendlərin müəyyən edilməsi və güclü/zəif tərəflərin qiymətləndirilməsi;
· Çarpaz satış (cross-sell) və əlavə satış (up-sell) imkanlarının təhlili və müvafiq lead-lərin satış komandalarına yönləndirilməsi;
· İllik büdcələşdirmə və hədəf müəyyən etmə proseslərinin dəstəklənməsi, eləcə də satış proqnozlaşdırma modellərinin hazırlanması;
· Hesabatlılıq proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərinin həyata keçirilməsi;
· Satış əməkdaşları, agentlər və brokerlər üzrə mükafat və komissiyaların hesablanmasına və düzgünlüyünə nəzarət;
· Daxili hesabat sistemlərinin inkişaf etdirilməsi və davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
· Şöbə əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi və fəaliyyətinə rəhbərlik edilməsi;
· Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
· Biznes, Marketinq, İqtisadiyyat sahəsində ali təhsilə üstünlük verilir;
· Dil bilikləri: Azərbaycan dili üzrə yüksək,Rus və İngilis dillərində yaxşı səviyyədə biliklərin olması;
· Kompyuter bilikləri: Yüksək səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
· SQL, Power BI, Python üzrə güclü biliklər;
· Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir;
· Sahə üzrə 2-4 il iş təcrübəsi tələb olunur;
· Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
· Məlumat bazaları ilə işləmək və məlumatların strukturlaşdırılması;
· Reqressiya və korrelyasiya analizlərinin aparılması;
· Machine Learning-in əsas modellərini praktiki şəkildə tətbiq etmə bacarığı.
Bacarıqlar:
· Ünsiyyət bacarığı;
· Dəqiqlik;
· Təşəbbüskarlıq;
· Vaxt idarəetmə bacarığı;
· Komandada işləmək;
· Öhdəliklərinə məsuliyyətli olmaq;
· İş prosesində yaranan problemlərə çevik reaksiya vermək bacarığı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
- Locations
- Bakı