Müştəri müraciətlərinin təhlili və həlli üzrə mütəxəssis/aparıcı mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Müştəri Müraciətlərinin Təhlili və Həlli Şöbəsi üzrə Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, tibbi sığorta sahəsində müştəri müraciətlərinin, xüsusilə şikayət və narazılıqların qəbulu, araşdırılması və həll edilməsi prosesinə rəhbərlik edir. Aparıcı mütəxəssis olaraq, siz müvafiq daxili strukturlarla koordinasiya quracaq, dövlət qurumlarından daxil olan sorğuları cavablandıracaq və müştəri məmnuniyyətini artırmaq üçün proseslərin təkmilləşdirilməsi üzrə təkliflər verəcəksiniz. Fəaliyyətiniz şirkətin xidmət keyfiyyətinin yüksəldilməsinə və müştəri loyallığının gücləndirilməsinə birbaşa təsir göstərəcək.
Öhdəliklər
Müştərilərdən daxil olan şikayət və narazılıqların araşdırılması, həll edilməsi və müvafiq proqram təminatında qeydiyyatının aparılması;
Müraciətlərin həlli üçün daxili struktur və departamentlərə sorğuların göndərilməsi və prosesin izlənilməsi;
Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət qurumlarından daxil olan müraciətlərin araşdırılması və vaxtında cavablandırılması;
Daxil olan müraciətlərə əsasən problemlərin kök səbəblərini təhlil edərək gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülməsi;
Müştəri məmnuniyyətini artırmaq üçün proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və tətbiqində iştirak etmək;
Baş ofisə yaxınlaşan müştərilərin qəbulunun təşkili və müraciətlərinin operativ həllinin təmin edilməsi;
Departamentin fəaliyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək və birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.
Bilik və Bacarıqlar
Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
Yüksək ünsiyyətqurma, səlis nitq və fikri aydın izah etmə qabiliyyəti;
Analitik düşüncə və problemli situasiyaları həll etmə bacarığı;
Komandada işləmək və araşdırma aparmaq bacarığı;
Müştərilərlə işləmə bacarığı və peşəkar davranış;
Davamlı öyrənmə və fərdi inkişafa meyillilik;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
Ali təhsil (tibbi ixtisas və ya səhiyyə menecmenti üzrə olması arzuolunandır);
Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
Müvafiq sertifikatların olması üstünlükdür.
Bizim Təklifimiz
Peşəkar inkişaf və karyera yüksəlişi üçün əlverişli mühit;
Davamlı öyrənmə və yeni biliklərin mənimsənilməsi imkanı;
Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti;
Şirkətin uğuruna birbaşa təsir göstərmək şansı;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Lead Specialist, Customer Appeals Analysis and Resolution Department and become a member of our professional team.
This role leads the process of receiving, investigating, and resolving customer appeals, particularly complaints and grievances within the medical insurance domain. As a Lead Specialist, you will coordinate with relevant internal departments, respond to inquiries from government agencies, and propose process improvements to enhance customer satisfaction. Your work will directly contribute to elevating the company's service quality and strengthening customer loyalty.
Responsibilities
Investigating and resolving customer complaints and grievances, ensuring proper registration in the relevant software;
Sending inquiries to internal departments to resolve appeals and tracking the process;
Investigating and timely responding to inquiries from the Central Bank of the Republic of Azerbaijan and other state bodies;
Analyzing the root causes of issues based on incoming appeals and taking measures to prevent their recurrence;
Proposing and participating in the implementation of process improvements to increase customer satisfaction;
Organizing the reception of customers at the head office and ensuring the prompt resolution of their appeals;
Participating in the preparation of departmental reports and executing tasks assigned by the direct supervisor.
Knowledge and Skills
Proficiency in Microsoft Office programs;
Excellent communication skills, with the ability to articulate thoughts clearly;
Analytical thinking and problem-solving skills;
Ability to work in a team and conduct research;
Customer service skills and professional conduct;
Commitment to continuous learning and personal development;
Language skills: Azerbaijani, English, Russian.
Education and Experience
Higher education (a degree in a medical field or healthcare management is desirable);
More than 2 years of relevant work experience;
Possession of relevant certifications is an advantage.
What we offer
An environment conducive to professional development and career advancement;
Opportunity for continuous learning and acquiring new knowledge;
A supportive and collaborative team atmosphere;
The chance to directly impact the company's success;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- Müştəri Əlaqələri Departamenti
- Locations
- Bakı
- Employment type
- Full-time