Maliyyə departamentinin rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri Maliyyə departamentinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə strategiyasının və maliyyə siyasətinin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək, maliyyə resurslarının səmərəli idarə olunmasını təmin etmək;
İdarə Heyətinin müvafiq üzvü ilə əməkdaşlıq çərçivəsində şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını təmin etmək;
Maliyyə Departamentinə daxil olan Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik etmək, onların koordinasiyasını və effektiv əməkdaşlığını təmin etmək;
Mühasibat uçotunun yerli qanunvericiliyin tələblərinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS 17) uyğun təşkil olunmasına strateji nəzarəti təmin etmək;
Mühasibat uçotu və vergitutma sahəsində normativ-hüquqi bazada baş verən dəyişikliklərin izlənilməsi və şirkətin maliyyə fəaliyyətinin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək;
Vergi planlaşdırılması və qanunvericiliyə uyğun vergi optimallaşdırılması mexanizmlərinin tətbiqinə rəhbərlik etmək;
Funksional bölmələrlə əməkdaşlıq edərək planlaşdırma prosesində məlumat mübadiləsini və analitik dəstəyi təmin etmək;
Şirkətdə idarəetmə uçotu sisteminin və daxili maliyyə hesabatlılığının formalaşdırılması və inkişaf etdirilməsinə rəhbərlik etmək;
Maya dəyərinin təhlili, xərclərin idarə olunması və maliyyə göstəricilərinin optimallaşdırılması üzrə analitik fəaliyyətləri təşkil etmək;
Şirkətin maliyyə hesabatlarının hazırlanmasına və rəhbərliyə təqdim olunmasına nəzarət etmək;
Maliyyə proses və prosedurlarının təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərini həyata keçirmək;
Xarici audit və vergi yoxlamaları proseslərinin koordinasiyasını və idarə edilməsini təmin etmək;
Şirkətin maliyyə vəziyyəti və maliyyə nəticələri üzrə mütəmadi təhlillər aparmaq və rəhbərliyə strateji tövsiyələr təqdim etmək.
Namizədə tələblər
Təhsil və peşəkar kvalifikasiyalar:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə/mühasibat sertifikatlarının olması üstünlükdür;
Beynəlxalq Maliyyə Hesabatları Standartlarına IFRS, (IFRS 17 üstünlükdür).
İş təcrübəsi:
Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
Rəhbər vəzifədə (Head/Director/CFO səviyyəsində) minimum 3–5 il təcrübə;
Sığorta, bank və ya böyük korporativ mühitdə iş təcrübəsi üstünlükdür;
Peşəkar bilik və bacarıqlar:
Maliyyə strategiyasının hazırlanması və icrası üzrə güclü bacarıqlar;
İdarəetmə uçotu və daxili hesabatlılıq sistemlərinin qurulması üzrə təcrübə;
Vergi qanunvericiliyi və vergi planlaşdırılması sahəsində biliklər;
Maliyyə analizləri, xərclərin optimallaşdırılması və performansın artırılması üzrə güclü analitik bacarıqlar;
Maliyyə risklərinin idarə olunması və nəzarət mexanizmlərinin tətbiqi üzrə təcrübə;
Maliyyə proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması sahəsində anlayış;
MS Excel və digər analitik alətlər üzrə yüksək səviyyədə bilik;
Azərbaycan və İngilis diləri– yüksək səviyyədə, Rus dili – üstünlükdür.
Şəxsi keyfiyyətlər:
Strateji və analitik düşünmə, faktlara əsaslanan qərarvermə;
Güclü liderlik və problem həll etmə qabiliyyəti;
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
Dəyişikliklərin idarə olunması və çevik adaptasiya qabiliyyəti;
Davamlı öyrənmə və şəxsi inkişafa açıqlıq.
- Department
- Maliyyə departamenti
- Role
- Maliyyə departamentinin rəhbəri
- Locations
- Bakı