Qeyri-Maliyyə Risklərinin idarəolunması üzrə aparıcı/baş mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Qeyri-Maliyyə Risklərinin idarəolunması üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin qeyri-maliyyə risklərinin effektiv idarə olunmasını təmin etmək, risk yetkinlik dərəcəsinin artırılması üçün strateji məqsədlərə nail olmaq və departamentlərə metodoloji dəstək göstərmək üçün nəzərdə tutulub. Əməkdaş risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və təhlili, risk limitlərinə nəzarət, insidentlərin idarəolunması və risk hesabatlarının hazırlanması kimi əsas funksiyaları icra edərək təşkilatın davamlı inkişafına və dayanıqlığına töhfə verəcək.
Öhdəliklər
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək
- Risklərin müəyyən edilməsi prosesini həyata keçirmək və bu istiqamətdə digər departamentlərə metodoloji dəstək göstərmək
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək
- Qeyri-Maliyyə risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək, aylıq əsasda risk hesabatlarını hazırlamaq
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən və xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə metodoloji dəstək göstərmək
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək və icrasına nəzarət etmək
- Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
Bilik və Bacarıqlar
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
- Qeyri-maliyyə risklərinin idarə olunması sahəsində əla biliklər
- Sığorta sahəsi üzrə nəzəri biliklər
- Təqdimat bacarıqları
- İri-həcmli məlumat bazaları ilə işləmək bacarığı
- Emosional stabillik və məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- Yaxşı ünsiyyət qurmaq bacarığı
- Məntiqi və analitik düşüncə
- Stressə davamlılıq
- Təşəbbüskarlıq
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
- ARM və FRM sertifikatlarının olması arzuolunandır
Təhsil və Təcrübə
- Ali təhsil (bakalavr) – İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat ixtisası üzrə
- Qeyri-maliyyə risklərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və bilik mübadiləsi
- Fərdi və peşəkar inkişaf imkanları
- Şirkətin fəaliyyətində real təsir və dəyər yaratmaq imkanı
- Şəffaf və açıq korporativ mühit
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Non-Financial Risk Management Senior/Lead Specialist and become a member of our professional team.
This role is designed to ensure effective management of non-financial risks, support the achievement of strategic risk maturity objectives, and provide methodological support to departments. The specialist will contribute to the organization's sustainable growth and resilience by performing key functions such as risk identification, assessment and analysis, monitoring risk limits, incident management, and preparation of risk reports.
Responsibilities
- Monitor compliance with risk management strategy and policies
- Participate in the development of risk management methodologies
- Implement the risk identification process and provide methodological support to other departments
- Continuously monitor compliance with risk limits and immediately report any violations
- Conduct assessment and analysis of non-financial risks and prepare monthly risk reports
- Analyze data obtained from other departments, electronic information systems, and external sources for risk assessment and management purposes
- Provide methodological support to other departments on risk-related matters
- Analyze and monitor incidents reported within the incident management system
- Participate in the preparation of the Risk Appetite Statement
Knowledge and Skills
- Proficiency in MS Office applications
- Excellent knowledge in non-financial risk management
- Theoretical knowledge in insurance
- Presentation skills
- Ability to work with large databases
- Emotional stability and responsibility
- Ability to work in a team
- Strong communication skills
- Logical and analytical thinking
- Stress resistance
- Initiative
- Language skills: Azerbaijani, English, Russian
- ARM and FRM certifications are preferred
Education and Experience
- Bachelor’s degree in Economics, Finance, or Mathematics
- At least 3 years of experience in non-financial risk management
What we offer
- Collaboration and knowledge sharing in a professional and supportive team
- Opportunities for personal and professional development
- Ability to make a real impact and add value to the company’s operations
- Transparent and open corporate environment
- Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- RİSKLƏRİN İDARƏOLUNMASI DEPARTAMENTİ
- Locations
- Bakı
- Employment type
- Full-time