Məhsul Dizayner
PAŞA Sığorta ASC namizədləri Məhsul Dizayner vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin rəqəmsal kanallarında – mobil tətbiq və veb platformalarda – istifadəçi təcrübəsinin və interfeys dizaynının inkişaf etdirilməsinə yönəlib. Namizəd sığorta məhsullarının və xidmətlərinin istifadəçi mərkəzli, intuitiv və cəlbedici interfeyslərlə təmin olunmasına, biznes məqsədlərinə və müştəri gözləntilərinə uyğun dizayn həllərinin hazırlanmasına, həmçinin məhsul, texnologiya və biznes komandaları ilə sıx əməkdaşlıqda innovativ rəqəmsal həllərin yaradılmasına cavabdeh olacaq.
Öhdəliklər
PAŞA Sığorta-nın mobil tətbiqi və veb saytında istifadəçi təcrübəsini və interfeysini dizayn etmək və təkmilləşdirmək, naviqasiya, aydınlıq və əlçatanlığı təmin etmək.
Müştəri səyahətlərini və məhsul tələblərini təhlil edərək sığorta xidmətlərini sadələşdirən effektiv qarşılıqlı əlaqə nümunələri yaratmaq.
Wireframe, prototip və yüksək dəqiqliyə malik UI dizaynlarını şirkətin Dizayn Sistemi və brend kimliyinə uyğun hazırlamaq.
Sığorta alışı, idarə edilməsi, müraciət və hesab əməliyyatları kimi əsas istifadəçi axınlarını dizayn etmək.
Məhsul menecerləri, proqramçılar və biznes tərəfdaşları ilə əməkdaşlıq edərək məhsul tələblərini istifadəçi dostu rəqəmsal təcrübələrə çevirmək.
İstifadəçi təcrübəsi araşdırmalarında – istifadə rahatlığı testləri, müştəri rəyi təhlili və qarşılıqlı əlaqə yoxlamalarında iştirak etmək.
Mobil və veb platformalarda ardıcıl təcrübə üçün responsive dizayn prinsiplərini tətbiq etmək.
Dizayn Sisteminin inkişafına töhfə vermək və rəqəmsal məhsullarda ardıcıllığı təmin etmək.
Google Analytics, Hotjar, Amplitude və s. kimi analitika və istifadəçi davranışı alətlərindən istifadə edərək istifadə rahatlığı problemlərini və inkişaf imkanlarını müəyyənləşdirmək.
UX uğurunu çevrilmə dərəcəsi, tapşırıq tamamlanma dərəcəsi, istifadəçi cəlbiyyəti və məmnuniyyəti kimi göstəricilərlə ölçməyə dəstək olmaq.
Dizayn həllərinin məhsul məqsədləri və müştəri gözləntiləri ilə uyğunluğunu təmin etmək üçün funksional komandalarla işləmək.
Biznes tələblərini və istifadəçi rəylərini anlayaraq istifadəçi mərkəzli dizaynlar yaratmaq, prototiplər və maketlər hazırlamaq, tələbləri dizayn sistemlərinə və cəlbedici interfeyslərə çevirmək.
Yeni və mövcud məhsullar üçün istifadəçi interfeysi və təcrübəsini formalaşdırmaq, mövcud məhsul problemlərini araşdırmaq və həll yolları təklif etmək.
Müştəri araşdırmalarını və istifadəçi ehtiyaclarını toplayıb onları effektiv dizayn həllərinə çevirmək.
Bilik və Bacarıqlar
UX/UI dizayn sahəsində 2–4 il iş təcrübəsi, xüsusən mobil tətbiq və ya veb əsaslı istehlakçı məhsullarında.
Mobil UX nümunələri, responsive veb dizayn və müştəri səyahət xəritələrinin hazırlanması üzrə güclü bilik.
Figma, AdobeXD, PowerPoint/Keynote və ya Adobe Suite kimi alətlərlə istifadəçi axınları, wireframe və yüksək dəqiqliyə malik interfeyslərin dizaynı təcrübəsi.
Dizayn sistemləri, əlçatanlıq standartları və responsive dizayn prinsipləri barədə bilik.
İstifadəçi tədqiqatı, istifadə rahatlığı testləri və məhsul analitika alətləri ilə tanışlıq.
İstifadəçi davranışının təhlili və vizualizasiyaların dizaynında müştəri yönümlülük.
Komandada və fərqli funksiyalarla birgə işləmə bacarığı, güclü ünsiyyət və əməkdaşlıq bacarıqları.
İşdə innovasiyaları tətbiq etmək və təşəbbüskarlıq göstərmək bacarığı.
Stresə davamlılıq və dəyişən mühitə uyğunlaşma.
Portfolio: Mobil və veb məhsul dizayn layihələrini və dizayn düşüncəsini nümayiş etdirən portfolionun təqdim olunması.
Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
Ali təhsil arzuolunandır.
UX/UI dizayn sahəsində 2–4 il iş təcrübəsi.
Bizim Təklifimiz
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Rəqəmsal məhsulların inkişafında və minlərlə istifadəçi üçün təcrübələrin formalaşdırılmasında iştirak.
Mobil və veb platformalarda yüksək təsirli layihələrdə iştirak imkanı.
UX/UI Center of Excellence daxilində əməkdaşlıq və davamlı öyrənmə mühiti.
İstehlakçı məhsul dizaynı və data yönümlü dizayn sahəsində bilik və bacarıqların inkişafı üçün imkanlar.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of UX/UI Designer and become a member of our professional team.
This position is focused on developing and enhancing user experience and interface design across the company’s digital channels, including mobile applications and web platforms. The candidate will be responsible for delivering user-centric, intuitive, and engaging interfaces for insurance products and services, preparing design solutions aligned with business objectives and customer expectations, and collaborating closely with product, technology, and business teams to create innovative digital solutions.
Responsibilities
Design and improve user experiences for PASHA Insurance’s mobile application and website, ensuring intuitive navigation, clarity, and accessibility.
Analyze customer journeys and product requirements to create effective interaction patterns that simplify insurance services.
Create wireframes, prototypes, and high-fidelity UI designs aligned with PASHA Insurance’s Design System and brand identity.
Design clear user flows for key customer actions such as policy purchase, policy management, claims, and account interactions.
Collaborate with product managers, developers, and business stakeholders to translate product requirements into user-friendly digital experiences.
Participate in UX research activities including usability testing, customer feedback analysis, and interaction reviews.
Apply responsive design principles to ensure consistent experiences across mobile and web platforms.
Contribute to the evolution of PASHA Insurance’s Design System, ensuring consistency across digital products.
Utilize analytics and user behavior tools (Google Analytics, Hotjar, Amplitude, etc.) to identify usability issues and improvement opportunities.
Support measurement of UX success using metrics such as conversion rate, task completion rate, engagement, and user satisfaction.
Work with cross-functional teams to ensure design solutions align with product goals and customer expectations.
Create user-centric designs by understanding business requirements and user feedback, preparing prototypes and mockups, and translating requirements into design systems and engaging interfaces.
Shape user interface and experience for new and existing products, investigate current product issues, and propose solutions.
Gather customer research and user needs, transforming them into effective design solutions.
Knowledge and Skills
2–4 years of experience in UX/UI design, preferably on consumer-facing digital products (mobile apps or websites).
Strong understanding of mobile UX patterns, responsive web design, and customer journey mapping.
Experience designing user flows, wireframes, and high-fidelity interfaces using tools such as Figma, AdobeXD, PowerPoint/Keynote, or Adobe Suite.
Knowledge of design systems, accessibility standards, and responsive design principles.
Familiarity with user research, usability testing, and product analytics tools.
Customer-centric approach in user behavior analysis and visualization design.
Ability to work collaboratively with teams across different functions, with strong communication and teamwork skills.
Initiative and ability to drive innovation in work.
Resilience and adaptability in a dynamic environment.
Portfolio: Demonstrated mobile and web product design projects and clear design thinking.
Language skills: Azerbaijani, English
Education and Experience
Higher education is preferred.
2–4 years of experience in UX/UI design.
What we offer
Opportunity to work in a “Great Place To Work” certified company.
Participation in shaping digital experiences for thousands of users.
Involvement in high-impact projects across mobile and web platforms.
A collaborative and continuously learning environment within the UX/UI Center of Excellence.
Opportunities to develop expertise in consumer product design and data-driven design practices.
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- Keyfiyyət və istifadəçi təcrübəsi departamenti
- Locations
- Bakı
- Employment type
- Full-time