Məlumat elmi üzrə baş mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri Məlumat elmi üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Əsas vəzifələr
Sığorta qiymətlənməsi, risk analizi və müştəri analitikası üçün proqnoz və maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi
Generalized Linear Models (GLM) əsasında risk və pricing modellərinin qurulması və optimallaşdırılması
Propensity-to-buy (PTB), uplift və müştəri davranış modellərinin hazırlanması və təkmilləşdirilməsi
Python ekosistemindən istifadə edərək (pandas, numpy, scikit-learn, statsmodels və s.) modellərin hazırlanması
Dataiku DSS platformasında data preparation, model development və deployment proseslərinin idarə olunması
Feature engineering, model validation və model performansının monitorinqi
Biznes və məhsul komandaları ilə sıx əməkdaşlıq edərək analitik nəticələrin biznes qərarlarına inteqrasiyası
Modellərin istehsal mühitinə yerləşdirilməsi və onların davamlı monitorinqi
Data science və ML layihələrində texniki best-practice-lərin tətbiqi
Tələblər:
Riyaziyyat, statistika, kompüter elmləri, data science və ya oxşar sahədə ali təhsil
Minimum 3+ il data science və ya machine learning təcrübəsi
GLM və statistik modelləşdirmə üzrə güclü təcrübə
Propensity, uplift və müştəri davranışı modelləri ilə praktiki iş təcrübəsi
Python və data science stack üzrə güclü bilik (pandas, numpy, scikit-learn və s.)
SQL və böyük həcmli məlumatlarla işləmə təcrübəsi
Dataiku və ya oxşar ML platformaları ilə iş təcrübəsi
Modelin hazırlanmasından istifadəyə verilməsinə qədər tam ML pipeline üzərində işləmək bacarığı.
Arzuolunan bilik və təcrübə:
Sığorta analitikası və pricing modelləri üzrə təcrübə
A/B testləri, causal inference və uplift modeling yanaşmaları üzrə bilik
Generative AI, Computer Vision və əlaqəli ML sahələrində təcrübə
MLOps və model deployment\monitoring prosesləri üzrə biliklər