Brend Marketinqi üzrə Mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri Brend Marketinqi üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Strateji Brend və Reputasiya İdarəetməsi
Şirkətin brend strategiyasının, mövqeləndirməsinin (positioning) və dəyər təklifinin (value proposition) icrasında iştirak etmək;
Korporativ kommunikasiya və Korporativ Sosial Məsuliyyət (CSR) təşəbbüslərinin brend strategiyası ilə uzlaşdırılmasına dəstək vermək;
Brend vizyonunun daxili komandalara ötürülməsində və tətbiqində iştirak etmək;
Brend sağlamlıq göstəricilərinin (Brand Health Tracking), media görünürlüğünün və rəqib mühitinin monitorinqində iştirak etmək, analitik hesabatlar hazırlamaq.
Brend İdarəetməsi və Korporativ Standartlar (Governance)
Mövcud Brend Kitabçasına (Brand Guidelines) uyğunluğun təmin edilməsində iştirak etmək;
Marketinq aktivlərinin (rəqəmsal, çap, video) və korporativ kommunikasiya materiallarının brend standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
Bütün daxili və xarici təmas nöqtələrində (touchpoints) vahid brend kimliyinin qorunmasına dəstək vermək.
Kampaniya və Kommunikasiya
ATL/BTL brend kampaniyalarının və CSR layihələrinin planlaşdırılması və icrasında iştirak etmək;
PR və media münasibətləri üzrə kommunikasiya fəaliyyətlərinə dəstək vermək;
Kreativ, media və PR agentlikləri ilə işlərin koordinasiyasında iştirak etmək;
Məhsul komandalarına kommunikasiya strategiyalarının qurulmasında dəstək göstərmək.
Metodologiya və Peşəkar İnkişaf
Marketinq və kommunikasiya üzrə ən yaxşı təcrübələrin tətbiqinə dəstək vermək;
Kommunikasiya briflərinin hazırlanması və kreativ konsepsiyaların dəyərləndirilməsində iştirak etmək;
Daxili komandalar arasında brend yönümlü yanaşmanın formalaşmasına töhfə vermək.
Maraqlı Tərəflərlə Əməkdaşlıq
Brend təşəbbüslərinin biznes hədəfləri ilə uyğunlaşdırılmasında iştirak etmək;
Kampaniya nəticələri və brend göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək vermək.
Təhsil və ixtisas
Marketinq, Kommunikasiya, İctimaiyyətlə Əlaqələr, Biznesin İdarəedilməsi və ya əlaqədar sahə üzrə ali təhsil.
Təcrübə
Brend idarəetməsi, Marketinq Kommunikasiyaları və ya Korporativ Kommunikasiyalar sahəsində minimum 2–3 il praktiki təcrübə;
Brend strategiyası və mövqeləndirmə üzrə iş təcrübəsi;
ATL/BTL və rəqəmsal kanallarda inteqrasiya olunmuş kampaniyaların icrasında iştirak təcrübəsi;
Brand Guidelines çərçivəsində iş təcrübəsi;
Agentliklərlə əməkdaşlıq təcrübəsi.
Bilik və Bacarıqlar
Brend standartlarının tətbiqi və nəzarəti bacarığı;
Güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
Analitik düşünmə və hesabatlılıq;
Maraqlı tərəflərin idarəedilməsi bacarığı;
Təqdimat hazırlama və təqdimetmə bacarıqları;
Çevik (Agile) mühitdə işləmə bacarığı.
Üstünlükdür
PR və ya CSR layihələrinin idarə edilməsində təcrübə;
Maliyyə və ya sığorta sektorunda iş təcrübəsi;
Brend ölçmə alətləri ilə iş bacarığı.
Dil bilikləri:
Azərbaycan, İngilis və Rus dilləri.
- Department
- MARKETİNQ VƏ MÜŞTƏRİ TƏCRÜBƏSİ DEPARTAMENTİ
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.