# Kargüzarlıq üzrə mütəxəssis

**Company:** PASHA Insurance
**Department:** SIĞORTA ƏMƏLİYYATLARINA DƏSTƏK DEPARTAMENTİ
**Role:** Kargüzarlıq üzrə mütəxəssis
**Location:** Bakı

**“PAŞA Sığorta” ASC** namizədləri **Kargüzarlıq üzrə mütəxəssis** vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

**Vəzifə öhdəlikləri:**

- Şirkətin arxiv fondunun formalaşdırılması ilə bağlı icraedici tədbirlərin həyata keçirilməsini təmin etmək;

- Saxlanma müddəti başa çatmış sənədlərin arxivə qəbulu və təhvil-təslimini aparmaq;

- Sənədlərin nomenklaturaya uyğun sistemləşdirilməsi və təsnifləşdirmək;

- Arxiv sənədlərinin məxfiliyini və mühafizəsini təmin etmək;

- Elektron arxiv bazasının yaradılmasında və aparılmasında iştirak etmək;

- Arxiv sənədlərinin inventarlaşdırılmasını və siyahıların tərtibini həyata keçirmək;

- Saxlanma müddəti bitmiş sənədlərin məhv edilməsi üçün aktların hazırlanmasında iştirak etmək;

- Arxiv işi üzrə normativ-hüquqi aktlara və metodiki göstərişlərə riayət etmək;

- Birbaşa rəhbərin tapşırıqlarını öz səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək.

**&nbsp;Biliklər:**

- Biznes sahəsində ali təhsilə üstünlük verilir;

- Kompyuter bilikləri: Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

- Dil bilikləri: Azərbaycan dili üzrə yüksək,Rus və İngilis dillərində yaxşı səviyyədə biliklərin olması;

- Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir.

- Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.

**Bacarıqlar:**

- Yaxşı ünsiyyət bacarığı;

- Dəqiqlik;

- Təşəbbüskarlıq;

- Vaxt idarəetmə bacarığı;

- İş prosesində yaranan problemlərə çevik reaksiya vermək bacarığı;

- Komandada işləmək;

- Öhdəliklərinə məsuliyyətli olmaq.

**\*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır**

_This position is no longer accepting applications._