Kargüzarlıq üzrə mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri Kargüzarlıq üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
Şirkətin arxiv fondunun formalaşdırılması ilə bağlı icraedici tədbirlərin həyata keçirilməsini təmin etmək;
Saxlanma müddəti başa çatmış sənədlərin arxivə qəbulu və təhvil-təslimini aparmaq;
Sənədlərin nomenklaturaya uyğun sistemləşdirilməsi və təsnifləşdirmək;
Arxiv sənədlərinin məxfiliyini və mühafizəsini təmin etmək;
Elektron arxiv bazasının yaradılmasında və aparılmasında iştirak etmək;
Arxiv sənədlərinin inventarlaşdırılmasını və siyahıların tərtibini həyata keçirmək;
Saxlanma müddəti bitmiş sənədlərin məhv edilməsi üçün aktların hazırlanmasında iştirak etmək;
Arxiv işi üzrə normativ-hüquqi aktlara və metodiki göstərişlərə riayət etmək;
Birbaşa rəhbərin tapşırıqlarını öz səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Biliklər:
Biznes sahəsində ali təhsilə üstünlük verilir;
Kompyuter bilikləri: Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan dili üzrə yüksək,Rus və İngilis dillərində yaxşı səviyyədə biliklərin olması;
Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir.
Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.
Bacarıqlar:
Yaxşı ünsiyyət bacarığı;
Dəqiqlik;
Təşəbbüskarlıq;
Vaxt idarəetmə bacarığı;
İş prosesində yaranan problemlərə çevik reaksiya vermək bacarığı;
Komandada işləmək;
Öhdəliklərinə məsuliyyətli olmaq.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
- Department
- SIĞORTA ƏMƏLİYYATLARINA DƏSTƏK DEPARTAMENTİ
- Role
- Kargüzarlıq üzrə mütəxəssis
- Locations
- Bakı
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.