Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır. Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis, məhsulların rəqəmsal marketinq fəaliyyətlərinin planlanması və icrasında fəal rol alaraq, müştəri səyahətinin bütün mərhələlərində (tanınma, qiymətləndirmə, alış və loyallıq) performansın artırılmasına töhfə verir. Bu rol məhsul komandaları ilə sıx əməkdaşlıq çərçivəsində bazar araşdırması aparır, marketinq strategiyalarının formalaşdırılmasına dəstək olur və kampaniyaların uğurla icrası üçün məzmun və rəqəmsal təşəbbüsləri həyata keçirir.
Vəzifə öhdəlikləri
Rəqəmsal marketinq ehtiyaclarını anlamaq məqsədilə məhsul və biznes komandaları ilə birgə işləmək və uyğun marketinq strategiyalarının hazırlanmasında iştirak etmək.
Müştəri səyahətinin bütün mərhələləri üzrə (tanınmanı artırma, aktiv qiymətləndirmə və loyallıq) ən yüksək ROI təmin edən rəqəmsal marketinq təşəbbüsləri portfelini icra etmək və optimallaşdırmaq.
Şirkətin mövcud rəqəmsal məhsullarının və rəsmi sosial media səhifələrinin idarə olunmasına nəzarət etmək.
E-mail marketinq kampaniyalarının planlanması və icrasında iştirak etmək.
Sosial Media və Performans Marketinqi
Lidlərin yaradılması və satışın artırılmasına dəstək məqsədilə aşağıdakı kanallar üzrə fəaliyyətlərin təkmilləşdirilməsi:
Orqanik və ödənişli sosial media
E-mail marketinq
PPC və displey şəbəkələri
SEO və affiliate marketinq
Rəqəmsal marketinq və müştəri səyahəti boyunca istifadə olunan vizual dizayn və kommunikasiya materiallarında ardıcıllığın (brend uyğunluğu) təmin edilməsinə dəstək olmaq.
Marketinq Prosesləri və Koordinasiya
Rəqəmsal marketinq materiallarının müəyyən edilmiş tələblərə uyğun hazırlanmasını təmin etmək üçün təchizatçılar və agentliklərlə koordinasiyalı şəkildə işləmək.
Marketinq proseslərinin effektiv icrasına və daxili komandalararası əməkdaşlığa dəstək vermək.
Digər
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
Təhsil və ixtisas
Marketinq, Biznesin İdarəedilməsi, Rəqəmsal Media, İqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil.
Bilik və bacarıqlar
Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi.
Sosial media marketinqi, performans marketinqi, e-mail marketinq və SEO üzrə praktiki biliklər.
Rəqəmsal marketinq alətləri və platformaları ilə iş təcrübəsi.
Müştəri səyahəti (customer journey) və marketinq huniləri barədə anlayış.
Məzmun yaradılması və güclü yazılı kommunikasiya bacarıqları.
Analitik düşüncə və nəticəyönümlü yanaşma.
Komanda ilə effektiv işləmə bacarığı.
Dil bilikləri
Azerbaijani, English, Russian
- Department
- MARKETİNQ VƏ MÜŞTƏRİ TƏCRÜBƏSİ DEPARTAMENTİ
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.