Kargüzarlıq şöbəsinin rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri Kargüzarlıq şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Şirkətdə kargüzarlıq və sənəd dövriyyəsinin daxili qaydalara uyğun təşkilini və aparılmasını, sənədlərin uçotunu, saxlanmasını, icrasına nəzarəti və arxivləşdirilməsini təmin edir, sənədləşmə proseslərinin səmərəli və fasiləsiz həyata keçirilməsinə dəstək verir.
Vəzifə öhdəlikləri:
· Şirkətdə kargüzarlıq işinin təşkili, idarə edilməsi və normativ sənədlərə uyğun aparılmasına nəzarət etmək;
· Daxil olan, göndərilən sənədlərin qeydiyyatının, uçotunun və icrasının vaxtında və düzgün həyata keçirilməsini nəzarət etmək;
· Sənədlərin icra müddətlərinə nəzarət etmək, icra vəziyyəti barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
· Sənədlərin icra müddətlərinə nəzarət etmək, icra vəziyyəti barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
· Arxiv işinin təşkili, sənədlərin saxlanma müddətlərinə uyğun olaraq formalaşdırılması, arxivə təhvil verilməsinə nəzarət etmək;
· Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi və düzgün istifadəsini təşkil etmək, bu sahədə nəzarəti həyata keçirmək;
· Məxfi və xidməti istifadə üçün nəzərdə tutulmuş sənədlərin mühafizəsini və məxfilik qaydalarına riayət olunmasını təmin etmək;
· Kargüzarlıq şöbəsinin əməkdaşlarının fəaliyyətini əlaqələndirmək, onların vəzifə bölgüsünü aparmaq və iş intizamına nəzarət etmək;
· Sənədləşmə sahəsində aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək və təkmilləşdirmə təklifləri vermək;
· Rəhbərliyin tapşırıqlarını öz səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Biliklər:
· Ali təhsil:Biznes sahəsində üstünlük verilir;
· Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
· Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir;
· Dil bilikləri: Azərbaycan dilində yüksək, İngilis və Rus dilləri üzrə yaxşı səviyyədə biliklərin olması.
Təcrübə:
· Sahə üzrə 5 il iş təcrübəsi tələb olunur.
Bacarıqlar:
· Yaxşı ünsiyyət bacarığı;
· Proaktivlik və təşəbbüskarlıq;
· Effektiv kommunikasiya bacarıqları;
· Məsuliyyətlilik,strukturlaşdırılmış iş tərzi;
· Stressə davamlılıq və çoxsaylı proseslərin paralel idarə olunması bacarığı;
· Dəqiqlik;
· Məsuliyyətlilik;
· Komanda ilə işləmək;
· Yaranan şəraitdə tez reaksiya göstərmək;
· Öz fikirlərini aydın ifadə etmək.
- Department
- SIĞORTA ƏMƏLİYYATLARINA DƏSTƏK DEPARTAMENTİ
- Role
- Kargüzarlıq şöbəsinin rəhbəri
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.