Məlumatların İdarəedilməsi Şöbəsinin Rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri Məlumatların İdarəedilməsi Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Məlumatların İdarəedilməsi Şöbəsinin Rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
Data Governance liderliyi
Müəssisə üzrə Data Governance strategiyasının və yol xəritəsinin hazırlanması və icrası.
Məlumat siyasətlərinin, standartlarının və prosedurlarının müəyyən edilməsi.
Data ownership və accountability modelinin qurulması.
Data Governance Council və ya oxşar idarəetmə mexanizmlərinin idarə olunması.
Data Stewardship idarəçiliyi
Data Stewardship modelinin və rol bölgüsünün müəyyən edilməsi.
Biznes Data Steward-ların fəaliyyətinə rəhbərlik və metodoloji dəstək.
Əsas məlumat obyektləri üzrə (master/critical data) məsuliyyətlərin təyin edilməsi.
Məlumat keyfiyyəti problemlərinin eskalasiyası və həllinin koordinasiyası.
Məlumat keyfiyyəti və etibarlılıq
Data Quality çərçivəsinin (ölçmələr, KPI-lar, nəzarət mexanizmləri) qurulması.
Məlumatların düzgünlüyü, tamlığı, ardıcıllığı və vaxtında mövcudluğunun təmin edilməsi.
Kritik biznes prosesləri üzrə etibarlı məlumat istifadəsinin təmin olunması.
Uyğunluq və risklərin idarə edilməsi
Məlumat təhlükəsizliyi, məxfilik və normativ tələblərə uyğunluğun təmin edilməsi.
Risk Management, Compliance və Legal komandaları ilə əməkdaşlıq.
Audit və regulator sorğuları üçün məlumat idarəçiliyi çərçivəsinin təmin edilməsi.
Əməkdaşlıq və dəyişikliklərin idarə edilməsi
Biznes bölmələrində data governance mədəniyyətinin formalaşdırılması.
Data-driven qərarverməni dəstəkləyən proseslərin tətbiqi.
Data Engineering və Analytics komandaları ilə məlumat standartlarının uyğunlaşdırılması.
Məlumatla bağlı təşəbbüslərdə əsas əlaqələndirici rolunda çıxış etmək.
Təhsil və ixtisas
İnformasiya texnologiyaları, biznes, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
Bilik və bacarıqlar
Tələb olunan bilik və təcrübə
Data Governance, Data Management və ya oxşar sahədə minimum 3 il təcrübə.
Komanda rəhbərliyi və idarəetmə təcrübəsi.
Data Governance, Data Stewardship və Data Quality konsepsiyalarının dərin biliyi.
Biznes və IT arasında körpü rolunu icra etmə bacarığı.
Arzuolunan üstünlüklər
Sığorta, maliyyə və ya digər tənzimlənən sahələrdə təcrübə.
DAMA-DMBOK, DCAM və ya oxşar çərçivələrlə iş təcrübəsi.
Data Catalog, Metadata və Data Quality alətləri ilə iş təcrübəsi.
Data Privacy və Information Security üzrə biliklər.
Dil bilikləri
Azərbaycan, ingilis və rus dilləri tələb olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- MƏLUMATLARIN İDARƏEDİLMƏSİ DEPARTAMENTİ
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.