Scrum/Agile Ofisinin Rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri Scrum/Agile Ofisinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə Öhdəlikləri
Agile Yanaşmanın İdarə Edilməsi və İnkişafı
Şirkət üzrə agile yanaşmanın tətbiqinə və davamlı inkişafına rəhbərlik etmək
Agile iş üsullarının gündəlik əməliyyatlara inteqrasiyasını təmin etmək
Agile yanaşmanın təşkilati ehtiyaclara uyğun şəkildə adaptasiyasını və yetkinləşdirilməsini təmin etmək
Komandaların İşinin Təşkili və Koordinasiyası
Agile komandalar (squadlar) arasında proseslərin sinxronizasiyasını təmin etmək
Komandalararası asılılıqları, riskləri və darboğazları vaxtında müəyyən etmək və aradan qaldırılmasına dəstək olmaq
Cross-functional əməkdaşlığın gücləndirilməsini təmin etmək
Çatdırılma və İcra İntizamı
Komandalarda stabil iş axını və proqnozlaşdırılan çatdırılmanı təmin etmək
Cycle time, throughput və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri idarə etmək
İcra zamanı yaranan problemlərin sistemli şəkildə həllini təşkil etmək
Performansın Ölçülməsi və Hesabatlılıq
Agile komandaların fəaliyyətinin əsas göstəricilər üzrə izlənilməsini və təhlilini təmin etmək
İcra vəziyyəti, risklər və əsas problemlər barədə rəhbərliyə mütəmadi məlumat təqdim etmək
Qərarverməni dəstəkləyən data-driven yanaşmanı təşviq etmək
Təlim, Dəstək və Davamlı Təkmilləşmə
Agile prinsiplər və praktikalar üzrə komandaların inkişafına dəstək olmaq
Komandalarda özünüidarəetmə, məsuliyyət və komanda ruhunun gücləndirilməsini təmin etmək
Davamlı təkmilləşmə və öyrənmə mədəniyyətini təşviq etmək
Namizədə Tələblər
Agile yanaşmaların tətbiqi və idarə olunması sahəsində praktiki təcrübə
Komandalar və proseslərlə işləmək üzrə rəhbərlik bacarıqları
Güclü ünsiyyət, koordinasiya və problemlərin həlli bacarığı
Data ilə işləmək və qərarları əsaslandırmaq qabiliyyəti
Dəyişən mühitdə işləmək və adaptasiya bacarığı
Biz Nə Təklif Edirik
Şirkət üzrə agile yanaşmanın formalaşmasında və inkişafında əsas rol
Rəhbərliklə sıx əməkdaşlıq və təsir imkanları
Peşəkar inkişaf və liderlik bacarıqlarının genişləndirilməsi
Davamlı öyrənmə və inkişaf mühiti
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- Lean Agile mərkəzi
- Role
- Agile Ofisinin Rəhbəri
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.