Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri
Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri
Haqqımızda:
“PAŞA Sığorta” ASC Azərbaycanın sığorta bazarında tanınmış liderdir. Bu günə qədər şirkətin kapitalının dəyəri 50 milyon AZN təşkil edir. PAŞA Sığorta 300 000-ə yaxın fərdi və korporativ müştərilərə 36 növ icbari və könüllü sığorta xidmətləri təklif edir. Etibar və ən yüksək keyfiyyəti təmin etməklə peşəkarlığımıza əsaslanaraq uyğunlaşdırılmış sığorta həlləri təklif edirik.
Vəzifə və Öhdəliklər:
Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq
Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlamaq
Mütəmadi olaraq risklərin qiymətləndirilməsini aparmaq və nəticəsində risk xəritəsini hazırlamaq
Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək
Qeyri-maliyyə risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını rəhbərliyə təqdim etmək
Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə metodoloji dəstək göstərmək
İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək.
BİLİKLƏR
· Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
· Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; (böyük həcmli məlumat bazaları ilə işləmə bacarığı arzuolunandır);
· Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.
· Müvafiq sahə üzrə beynəlxalq sertifikatları (ARM, ORM və ya FRM) olan namizədlərə üstünlük verilir
TƏCRÜBƏ
· Risklərin idarə olunması sahəsi üzrə minimum 4 il təcrübə (Maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);
BACARIQLAR
· Yüksək təqdimat bacarıqları;
· Komanda ilə effektiv işləmək bacarığı;
· Yaxşı ünsiyyət bacarığı;
· Məntiqi və analitik düşüncə;
· Təşəbbüskarlıq;
· Əməliyyat risklərinin idarə olunması sahəsi üzrə biliklər;
· Sığorta sahəsi üzrə nəzəri biliklər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Head of Non-Financial Risk Management Department
About Us
“PASHA Insurance” OJSC is a recognized leader in the insurance market of Azerbaijan. To date, the Company’s capital amounts to AZN 50 million. PASHA Insurance provides 36 types of compulsory and voluntary insurance services to nearly 300,000 individual and corporate clients. Relying on professionalism, trust, and the highest quality standards, we offer tailored insurance solutions to our customers.
Key Responsibilities
Monitor compliance with the risk management strategy and policies;
Develop methodologies related to risk management;
Conduct regular risk assessments and prepare risk maps based on the results;
Ensure continuous monitoring of compliance with risk limits and promptly report any breaches;
Carry out assessment and analysis of non-financial risks and submit monthly risk reports to senior management;
Analyze data obtained from other departments of the Company, electronic information systems, and external sources for the purposes of risk assessment and management;
Provide methodological support to other departments of the Company on risk-related matters;
Analyze incidents reported within the framework of the incident management system;
Participate in the preparation of the Risk Appetite Statement.
Qualifications
Higher education in Finance, Mathematics, Economics, or a related field;
Computer skills: professional proficiency in MS Office (experience working with large databases is an advantage);
Language skills: high level of proficiency in Azerbaijani and English; knowledge of Russian is an advantage;
Candidates holding relevant international certifications (ARM, ORM, or FRM) will be given preference.
Experience
Minimum of 4 years of experience in risk management (experience in financial institutions or consulting companies is an advantage).
Skills
Strong presentation skills;
Ability to work effectively in a team;
Excellent communication skills;
Logical and analytical thinking;
Proactiveness and initiative;
Knowledge of operational risk management;
Theoretical knowledge of the insurance sector.
*Only shortlisted candidates who meet the initial requirements will be contacted.
- Department
- RİSKLƏRİN İDARƏOLUNMASI DEPARTAMENTİ
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.