Məsul Aktuari
PAŞA Sığorta ASC namizədləri Məsul Aktuari vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə haqqında qısa təsvir:
Şirkətin performans əməliyyatı nəticələrinin inkişaf etdirilməsi üçün - şirkətdəki işlərin müxtəlif seqmentlərinin təhlili, şirkətin maliyyə sabitliyinin təhlili, sığorta dərəcələrinin hesablanması.
Vəzifə və Öhdəliklər:
Maliyyə Bazarlarına Nəzarət Palatasına rüblük təqdim olunan hesabatların aidiyyəti bölmələrinin hazırlanması və Palatanın müvafiq proqram təminatının (“SNS”) yoxlaması ilə göndərilməsi;
Aylıq korporativ hesabatların və Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə illik maliyyə hesabatların təhlili;
Sığorta ehtiyatlarının təhlil edilməsi, proqnozlaşdırılması və optimallaşdırılması üzrə təkliflər verilməsi;
Şirkətin fəaliyyəti, maliyyə vəziyyətinin və əməliyyat nəticələrinin təhlil edilməsi;
Sığorta siniflərinin gəlirliliyinin təhlil edilməsi;
Təkrarsığorta müqavilələrinin təhlil edilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
Məcmu kapitalın, sığortaçının öz vəsaitinin və ödəmə qabiliyyətinin adekvatlığının təminatı istiqamətində işlərin aparılması;
Statistik məlumatlarla iş aparılması, zərərliliyin əməliyyat seqmentləri üzrə hesablanması və müxtəlif müqayisəli və alternativ təhlillərin aparılması;
Şirkətin fəaliyyətində mühüm hadisə və dəyişiklərinin Şirkətin gələcək fəaliyyətinə mümkün olan təsirlərin aktuar təhlilinin aparılması və müvafiq aktuar rəy və tövsiyələrin verilməsi;
Mövcud olan məlumatlara əsasən ölkənin sığorta bazarı ilə Şirkətin biznesinin müqayisəli təhlilinin aparılması;
Risk akkumulasiyasının mütəmadi olaraq təhlil edilməsi və limitləşdirilməsi, optimallaşdırılması istiqamətində təkliflərin irəli sürülməsi;
Sığorta tariflərinin baza hissələrinin hesablanması üzrə təhlili;
Sığorta qaydalarının hazırlanmasında iştirak;
Aktuar işinin proqramlaşdırılması və avtomatlaşdırılması və mövcud proqram təminatının təkmilləşdirilməsi üzrə davamlı işlərin aparılması;
Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qaydalarının, tələblərinin, normativ sənədlərinin və s. uyğunluğu üçün mütəmadi işlərin aparılması;
Təhlillərin nəticəsində təqdimatların hazırlanması;
İstiqaməti üzrə əlaqəli qaydaların, təlimatların hazırlanması və mütəmadi olaraq yenilənməsi;
Komanda daxilindəki münaqişələri və ya problemləri müsbət və açıq şəkildə həll edilməsi;
Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.
BİLİKLƏR
İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Aktuar riyaziyyatı və statistik təhlil metodları üzrə güclü biliklər;
MS Office proqramlarında peşəkar istifadə bacarığı;
Azərbaycan, Rus və İngilis dillərində yüksək səviyyədə bilik;
Aktuar sahəsi üzrə beynəlxalq və ya yerli sertifikatların olması;
SQL və R Studio bilikləri;
Delphi və Python bilikləri arzuolunandır.
TƏCRÜBƏ
Aktuar sahəsində minimum 3 il iş təcrübəsi.
BACARIQLAR
Yüksək məsuliyyətlilik və dəqiqlik;
Güclü analitik və məntiqi düşüncə;
Effektiv ünsiyyət və təqdimat bacarıqları;
Təşəbbüskarlıq və nəticəyönümlülük;
Komandada işləmək bacarığı.
- Department
- Məsul aktuari
- Role
- Məsul Aktuari
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.