MƏLUMATLARIN İDARƏEDİLMƏSİ DEPARTAMENTİ
·
Bakı
Məlumatların idarəolunması üzrə kiçik mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri Məlumatların idarəolunması üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Məlumatların idarəolunması üzrə kiçik mütəxəssis rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Vəzifə Öhdəlikləri
- Şirkətin Data Governance çərçivəsinin tətbiqinə dəstək vermək və müvafiq proseslərin icrasında iştirak etmək.
- Data Governance standartları, siyasətləri və data prinsiplərinin tətbiqi üçün metodoloji və əməli dəstək göstərmək.
- Data domenləri üzrə biznes qaydalarının, data təriflərinin və biznes lüğətlərin hazırlanmasında Data Steward-lara dəstək olmaq.
- Metadata məlumatlarının toplanması, data aktivlərinin təsnifatı və data kataloqunun doldurulması proseslərində iştirak etmək.
- Data keyfiyyəti ilə bağlı göstəricilərin (DQ metrics) monitorinqində iştirak etmək, data keyfiyyəti dashboardlarını yeniləmək və potensial keyfiyyət problemlərini qeydə almaq.
- Data keyfiyyəti problemləri üzrə ilkin analiz aparmaq və aidiyyəti strukturlarla məlumat mübadiləsini təmin etmək.
- Data ilə işləmə proseslərində (toplanma, transformasiya, inteqrasiya, istifadə) governance tələblərinə uyğunluğun təmin edilməsinə dəstək olmaq.
- Data Governance İşçi Qrupu üçün gündəliklərin, hesabatların və təqdimatların hazırlanmasında iştirak etmək.
- Data Governance və Data Quality sahələrində şirkət daxilində maarifləndirmə və təlimlərin təşkilində iştirak etmək.
- Biznes və İT komandaları ilə effektiv əməkdaşlıq quraraq məlumatların düzgün istifadəsinin təmin edilməsində dəstək olmaq.
Tələblər
- Data Governance, Data Management və ya Data Quality sahələrində ən azı 1–2 il iş təcrübəsi.
- Data Governance prinsipləri, data keyfiyyəti anlayışları və metadata idarəetməsi barədə baza səviyyəsində bilik.
- Data keyfiyyəti üzrə əsas göstəricilərin təhlili, data profiling və sadə yoxlamaların aparılması bacarığı.
- Biznes lüğət, data kataloq və metadata kimi anlayışlarla işləmə bacarığı.
- Analitik düşüncə, detallara diqqət və strukturlaşdırılmış iş tərzi.
- Effektiv kommunikasiya və bölmələrarası əməkdaşlıq bacarığı.
- Data ilə bağlı iş alətləri üzrə bacarıqlar: Microsoft Office, SQL, Python üzrə baza səviyyəsi.
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə bilik; Rus dili biliyi arzuolunandır.
- Data yönümlü sahələr üzrə təhsil; İT və biznes analitika təcrübəsi üstünlükdür.
- Department
- MƏLUMATLARIN İDARƏEDİLMƏSİ DEPARTAMENTİ
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.