Lean Agile ofisinin rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri Lean Agile ofisinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Lean Agile ofisinin rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
Şirkətin əməliyyat strategiyasına uyğun Lean transformasiya xəritəsi (Lean Roadmap) hazırlamaq
Lean standartlarını, metodologiyalarını və proses çərçivələrini müəyyənləşdirmək
Lean Office-in missiyasını, rolunu və təsir sahələrini şirkət üzrə aydınlaşdırmaq
Əsas biznes proseslərində Value Stream Mapping (VSM) aparılmasına rəhbərlik
Proses israflarının müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə təşəbbüsləri idarə etmək
Şirkət üzrə Kaizen proqramlarını dizayn etmək və idarə etmək
Proses sahiblərini davamlı təkmilləşmə üzrə səfərbər etmək
Visual Management, Standard Work və Gemba praktikalarını tətbiq etmək
Prioritet layihələri müəyyənləşdirmək və biznes təsirini ölçmək
Lean mütəxəssislərindən ibarət komandanı formalaşdırmaq və inkişaf etdirmək
Funksiyalararası əməkdaşlıq mədəniyyətini gücləndirmək
Lean transformasiyalar zamanı təşkilati dəyişiklikləri idarə etmək
Təşkilatda Lean mindset-in formalaşmasına liderlik etmək
İşçilərin Lean bacarıqlarını artırmaq üçün təlim və workshop-ların keçirilməsinə rəhbərlik etmək
Proses performansı üzrə göstəricilərlə işləmək və dashboard-ların qurulmasına rəhbərlik etmək
SLA, proses axını, məhsuldarlıq və keyfiyyət göstəricilərinin monitorinqi
Lean maturity səviyyəsini ölçmək və təkmilləşmə planları hazırlamaq
Təhsil və ixtisas
Biznes idarəetmə, menecment, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil
Sertifikatlar
Arzuolunandır
Bilik və bacarıqlar
Lean Management, Operational Excellence və Continuous Improvement sahəsində 5+ il təcrübə
Komanda rəhbərliyi və proses transformasiyası üzrə təcrübə
Lean metodologiyaları üzrə dərin bilik
Proses analizi və optimizasiya bacarığı
Stakeholder-lərlə işləmək və dəyişiklikləri idarə etmək bacarığı
Çarpaz-funksional komandalarla işləmək təcrübəsi
Güclü fasilitasiya, təqdimat və təsir etmə bacarıqları
Dil bilikləri: Azərbaycan, İngilis
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və bilik mübadiləsi imkanı
Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və real təcrübə imkanları
İnnovativ layihələrdə iştirak edərək real biznes təsiri yaratmaq fürsəti
Şəffaf, açıq və etibarlı kommunikasiya mühiti
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- Lean Agile mərkəzi
- Role
- Lean Agile ofisinin rəhbəri