Lean biznes analitik
“PAŞA Sığorta” ASC namizədləri Lean biznes analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Lean biznes analitik rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri.
Əsas biznes proseslərinin xəritələndirilməsi və dəyər axınlarının (VSM) təhlili
İsraf növlərinin aşkarlanması və optimizasiya təşəbbüslərinin hazırlanması
Təkmilləşdirmə təşəbbüslərinin planlaşdırılması və icrasına dəstək
Visual Management və proses şəffaflığının artırılması
Komandaların Lean & Agile prinsipləri ilə işləməsinə dəstək verməi
Komandalarda proses intizamının formalaşdırılmasına dəstək olmaq
Problem həll sessiyalarının fasilitasiyası
Lead Time, Cycle Time, Flow Efficiency kimi göstəricilərin ölçülməsi
Proses nəticələrinin təhlili və inkişaf üçün tövsiyələrin hazırlanması
Lean təşəbbüslərinin nəticələrinin ölçülməsi və LACE rəhbərliyinə hesabatların təqdim edilməsi
Çarpaz-funksional komandalarla əməkdaşlıq edərək davamlı inkişaf təşəbbüslərinin həyata keçirilməsi
Mədəniyyət dəyişikliyinə dəstək və komanda adaptasiyasının gücləndirilməsi
Voice of Customer (VoC) məlumatlarının proses optimizasiyasına inteqrasiyası
Təhsil:
Biznes idarəetmə, menecment, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil
Sertifikatlar (üstünlükdür):
Lean Six Sigma Green Belt / Black Belt
Lean Practitioner / Lean Leader
Peşəkar bilik və bacarıqlar:
Lean metodologiyaları üzrə dərin biliklər: VSM, Kaizen, 5S, Visual Management, Root-Cause Analysis
Proses idarəetməsi və səmərəlilik: BPM, proses xəritələşdirmə, Lead Time/Cycle Time/Flow Efficiency analizi.
Continuous Improvement bacarıqları: Proses optimallaşdırma və təkmilləşdirmə təşəbbüslərinin idarə edilməsi.
Analitik qabiliyyət və data yönümlü qərarvermə: KPI dizaynı, performans analizi, dashboard və hesabatların hazırlanması.
Agile bilikləri (üstünlükdür): Scrum/Kanban prinsipləri, komanda performansının artırılması, ceremony optimizasiyası.
Fasilitasiya və kouçinq bacarıqları: Workshop idarəetməsi, komanda mentorluğu, problem-həll sessiyalarının aparılması.
Liderlik və effektiv kommunikasiya: Stakeholder management, dəyişikliklərin idarə edilməsi, cross-functional komandalarla iş.
Texniki bacarıqlar:
Scrum, Kanban, SAFe, Lean Agile prinsipləri üzrə biliklər;
Lean alətləri ilə işləmək bacarığı;
Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook) üzrə sərbəstlik.
Davranış və liderlik bacarıqları:
Sistemli düşünmə bacarığı.
Liderlik, komanda motivasiyası və idarəetmə təcrübəsi.
Güclü qərarvermə, məsuliyyət və nəticəyönümlülük.
Effektiv ünsiyyət, təqdimat və təsir etmə bacarıqları.
Dəyişikliklərin idarə edilməsi və çevik adaptasiya qabiliyyəti.
Müştəri yönümlü yanaşma.
Dil bilikləri:
Azərbaycan dili , İngilis dili , Rus dili
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və bilik mübadiləsi imkanı
Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və real təcrübə imkanları
İnnovativ layihələrdə iştirak edərək real biznes təsiri yaratmaq fürsəti
Şəffaf, açıq və etibarlı kommunikasiya mühiti
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- Lean Agile mərkəzi
- Role
- Lean biznes analitik