Korporativ katiblik üzrə rəhbər
Korporativ katiblik üzrə rəhbər
Ölkəmizin sığorta sektorunda ilk Insurtech təşəbbüsünün əsaslarını qoyur və rəqəmsal transformasiya yoluna qədəm qoyuruq. Məqsədimiz innovasiya və etibarı birləşdirərək sığortanın gələcəyini yenidən dizayn etmək, idarəetmə mədəniyyətində şəffaflıq, effektivlik və korporativ dayanıqlıq prinsipini gücləndirməkdir.
Bu hədəflər istiqamətində, Korporativ Katiblik üzrə Rəhbər rolunu icra edəcək peşəkarı komandamıza dəvət etməkdən məmnunluq duyuruq.
Bu vəzifədə siz şirkətin korporativ idarəetmə çərçivəsinə rəhbərlik edəcək, Müşahidə Şurası və Komitələrlə əməkdaşlığı yüksək səviyyədə təşkil edəcək, qərarvermə proseslərinin effektiv, şəffaf və normativ tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin edəcəksiniz. Eyni zamanda korporativ sənədləşmə, daxili idarəetmə mexanizmləri və hüquqi-komplayens standartlarının tətbiqi və təkmilləşdirilməsi sizin əsas fokus sahələriniz olacaq.
Siz şirkətin strateji idarəetmə mədəniyyətinin formalaşmasına, korporativ davamlılığın gücləndirilməsinə və qərarvermə proseslərinin optimallaşdırılmasına mühüm töhfə verəcək, rəqəmsal transformasiya dövründə korporativ idarəetmənin gələcəyini bizimlə birlikdə formalaşdırmaq imkanı əldə edəcəksiniz.
Vəzifə və Öhdəliklər:
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) iclaslarını müvafiq qanunvericilik, Cəmiyyətin əlaqəli əsasnamələri, prosedur və qaydalarına uyğun təşkil etmək, iclas gündəliyinin, məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsini və iclas iştirakçılarına vaxtında göndərilməsini təmin etmək, iclasların protokollarını tərtib etmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması barədə qərar vermək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumların (yardımçı və daxili komitələr, ekspert qruplar) sədrləri tərəfindən verilmiş tapşırıqları icra etmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) iclasları ilə bağlı sənədlərin, nəzərdən keçirilmiş bütün son materialların qorunub qanunvericiliyin və Cəmiyyətin daxili normativ sənədlərinin tələbləri nəzərə alınmaqla saxlanılmasını və arxivləşdirilməsini təmin etmək, qeyd edilən məsələlər üzrə elektron məlumat bazasının mövcudluğuna və düzgün fəaliyyətinə nəzarət etmək;
- İclaslar üçün tələb olunan məlumatları Cəmiyyətin struktur bölmələrindən əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) qərarlarının reyestrini aparmaq, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) üzvlərinin, inzibatçılarının və rəhbər şəxslərin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi prosesində iştirak etmək, bu məsələlərin qanunvericiliyin və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətdə iştirak etmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) bütün üzvləri ilə işləmək, onlara qərəzsiz məsləhətlər vermək və Cəmiyyətin məqsədlərinə uyğun hərəkət etmək;
- Direktorlar Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək, onunla birgə korporativ idarəetmə şirkətin məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək və korporativ idarəetmə strukturunun gücləndirilməsi üçün zəruri tədbirlər müəyyən etmək, qeyd edilən vəzifələri İdarə Heyəti sədri qarşısında da həyata keçirmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin etmək, o cümlədən təlimlər təşkil etmək və onların peşəkar inkişafına dəstək göstərmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) fəaliyyətini tənzimləyən sənədlərin hazırlanmasına dəstək vermək;
- Direktorlar Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
- Cəmiyyət tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin etmək;
- Qanunvericiliklə tənzimləyici orqanlara və digər müvafiq səlahiyyəti qurumlara məlumat verilməsi tələb olunan qərarlar barədə məlumatın təqdim edilməsi prosesində iştirak etmək;
- Cəmiyyət tərəfindən tənzimləyici orqanlara və digər səlahiyyətli qurumlara, habelə Cəmiyyətin struktur bölmələri tərəfindən Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarına verilən hesabatların vaxtında təqdim edilməsinə nəzarət etmək;
- Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanları tərəfindən katibliyə daxil olan müraciət və sorğuları koordinasiya etmək və düzgün icra edilməsinə nəzarət etmək;
- Cəmiyyətin korporativ idarəetmə standartlarına uyğun fəaliyyətini təmin etmək və korporativ idarəetmə strategiyasının icra edilməsində iştirak etmək;
- Korporativ idarəetmə standartları və katiblik fəaliyyəti ilə əlaqədar qanunvericiliyi təhlil etmək, yaranan ziddiyyətli məqamlar, uyğunsuzluqlar və çatışmazlıqlar barədə rəylər vermək, müvafiq səlahiyyətli orqanlar tərəfindən daxil olan təkliflərin cavablandırılmasında iştirak etmək;
- Şöbənin daxili normativ sənədlərinin daxili prosedurlara uyğun olaraq vaxtında yenilənməsini təmin etmək;
- Şöbə daxilində mövcud olan və yarana biləcək risklərin aşkarlanması, qiymətləndirilməsi, nəzarət mexanizmlərinin formalaşdırılmasını həyata keçirmək və həmin risklər üzrə icra mexanizmlərini təmin etmək;
- Cəmiyyətin Nizamnaməsi, habelə Cəmiyyətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (yardımçı və daxili komitələr, ekspert qruplar) əsasnamələrindən, digər qanunvericilik aktlarından, həmçinin daxili normativ sənədlərdən irəli gələn vəzifələri icra edilməsinə rəhbərlik etmək;
- Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək və onların işini koordinasiya etmək;
- Şöbə əməkdaşlarının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
- İş bölgüsü, performans dəyərləndirilməsi və motivasiya prosesinə rəhbərlik etmək.
BİLİKLƏR
- Ali təhsil (hüquq, iqtisadiyyat, biznes idarəçiliyi və ya əlaqəli sahələr);
- Korporativ idarəetmə prinsipləri və qabaqcıl beynəlxalq təcrübə;
- AR qanunvericiliyi: “Sığorta fəaliyyəti haqqında” Qanun, “Sığortaçılarda Korporativ İdarəetmə”, “Mülki Məcəllə”
- Kollegial orqanların fəaliyyəti, iclasların təşkil edilməsi qaydaları;
- Sənəd dövriyyəsi, arxivləşdirmə və elektron idarəetmə sistemləri;
- İcra nəzarəti metodologiyası və hesabatlılıq;
- Rəsmi yazışma və korporativ kommunikasiya qaydaları;
- MS Office və korporativ idarəetmə platformaları.
TƏCRÜBƏ
- Minimum 5 il korporativ idarəetmə, hüquq, katiblik və ya uyğun sahədə iş təcrübəsi;
- Sığorta sektorunda təcrübə üstünlükdür;
- Komanda və proses idarəetməsi üzrə təcrübə.
BACARIQLAR
- Güclü liderlik və komanda idarəetməsi bacarıqları;
- Yüksək analitik düşüncə və qərarvermə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və strukturlaşdırılmış iş tərzi;
- Məxfilik və etibarlılıq;
- Təşkilatçılıq və planlaşdırma bacarığı;
- Effektiv kommunikasiya və təqdimat bacarıqları;
- Proaktivlik və təşəbbüskarlıq;
- Stressə davamlılıq və çoxsaylı proseslərin paralel idarə olunması bacarığı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Head of Corporate Secretariat
We are laying the foundation for the first Insurtech initiative in our country’s insurance sector and embarking on a journey of digital transformation. Our goal is to redesign the future of insurance by combining innovation and trust, while strengthening transparency, efficiency, and corporate sustainability within our governance culture.
In line with these goals, we are pleased to invite a professional to join our team in the role of Head of Corporate Secretariat.
In this position, you will lead the company’s corporate governance framework, organize high-level collaboration with the Supervisory Board and Committees, and ensure effective, transparent, and fully compliant decision-making processes. You will also be responsible for managing corporate documentation, internal governance mechanisms, and the implementation and enhancement of legal and compliance standards.
You will play a key role in shaping the company’s strategic governance culture, strengthening corporate sustainability, and optimizing decision-making processes. This role offers an opportunity to influence the future of corporate governance during our digital transformation journey.
Responsibilities:
- Organize the meetings of the company’s oversight, management, and executive bodies, as well as other collegial entities (supporting and internal committees, expert groups) in accordance with relevant legislation, bylaws, procedures, and rules; ensure agenda preparation, consolidation of materials, and timely distribution; prepare minutes of meetings.
- Ensure that matters submitted to collegial bodies meet required standards and limits; make decisions on returning documents that do not meet requirements.
- Execute assignments given by the chairs of oversight, management, executive, and other collegial bodies (supporting and internal committees, expert groups).
- Ensure the protection, storage, and archiving of documents and materials reviewed during meetings, in compliance with legislation and internal regulatory requirements; oversee the proper functioning of the electronic database related to these matters.
- Obtain required information from company departments for meeting preparation; consolidate, organize, and analyze this information when necessary.
- Maintain the registry of decisions made by oversight, management, executive, and other collegial bodies (supporting and internal committees, expert groups); monitor timely execution of decisions and tasks.
- Participate in the appointment and dismissal processes of members, officers, and executives of oversight, management, executive, and other collegial bodies, ensuring compliance with legislation and internal regulatory documents.
- Collaborate with all members of oversight, management, executive, and other collegial bodies (supporting and internal committees, expert groups), provide impartial guidance, and act in alignment with the company’s objectives.
- Advise the Chair of the Board of Directors on corporate governance, periodically review the alignment of corporate governance practices with company goals, and propose improvements; perform these responsibilities also before the Chair of the Executive Board.
- Provide necessary resources for the development of knowledge and skills of members of oversight, management, executive, and other collegial bodies, including organizing trainings and supporting their professional development.
- Support the preparation of documents regulating the activities of oversight, management, executive, and other collegial bodies (supporting and internal committees, expert groups).
- Ensure effective communication between the Board of Directors, its committees, the Executive Board, and shareholders.
- Ensure shareholders and other investors have access to information required to be disclosed by the company.
- Participate in the process of submitting notifications to regulatory and authorized bodies regarding decisions that must be reported by law.
- Monitor timely submission of reports from the company to regulatory authorities and other competent bodies, as well as reports provided by company departments to oversight, management, and executive bodies.
- Coordinate and ensure proper handling of inquiries and requests received by the secretariat from oversight, management, and executive bodies.
- Ensure the company operates in accordance with corporate governance standards and participate in the implementation of the corporate governance strategy.
- Analyze legislation related to corporate governance standards and secretariat activities; provide assessments on inconsistencies or gaps; participate in responses to proposals received from competent authorities.
- Ensure that internal regulatory documents of the department are updated in line with internal procedures.
- Identify, assess, and establish control mechanisms for existing and potential risks within the department; ensure execution processes for those risks.
- Oversee the execution of responsibilities arising from the company’s Charter, as well as bylaws of oversight, management, executive, and other collegial bodies (supporting and internal committees, expert groups), other legal acts, and internal regulatory documents.
- Lead and coordinate the work of department employees.
- Identify training and development needs for department staff.
- Lead workload distribution, performance evaluation, and motivation processes.
Knowledge Requirements:
- Higher education (law, economics, business administration, or related fields)
- Corporate governance principles and advanced international practices
- Legislation of the Republic of Azerbaijan: “On Insurance Activity,” “Corporate Governance in Insurers,” “Civil Code”
- Rules for the functioning and organization of collegial bodies
- Document management, archiving, and electronic governance systems
- Execution control methodologies and reporting
- Corporate communication and official correspondence standards
- MS Office and corporate governance platforms
Experience:
- Minimum 5 years of experience in corporate governance, law, secretariat, or relevant fields
- Experience in the insurance sector is an advantage
- Experience in team and process management
Skills:
- Strong leadership and team management abilities
- High analytical thinking and decision-making skills
- Responsibility, accuracy, and structured work approach
- Confidentiality and reliability
- Organizational and planning abilities
- Effective communication and presentation skills
- Proactivity and initiative
- Stress tolerance and ability to manage multiple processes simultaneously
*Only candidates who meet the initial selection criteria will be contacted.
- Department
- HÜQUQ DEPARTAMENTİ
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.