Məhsul İdarəolunması üzrə Rəhbər
Məhsul İdarəolunması üzrə Rəhbər
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Məhsul İdarəolunması üzrə Rəhbər rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
Strateji Liderlik
- Şirkətin ümumi məqsədlərinə uyğun məhsul strategiyasını müəyyənləşdirmək və həyata keçirmək;
- Sığorta məhsullarının vizionunu, yol xəritəsini və həyat dövrü idarəsini təmin etmək;
- Yeni məhsul imkanlarını və gəlir modellərini müəyyən edib prioritetləşdirmək;
- Məhsul sahibləri və məhsul komandalarını strateji məqsədlərə uyğun istiqamətləndirmək və inkişaf etdirmək;
- Komandalar arasında koordinasiyanı və vahid məhsul düşüncə tərzini formalaşdırmaq;
- İnnovasiya, çeviklik və müştəri mərkəzliliyinə əsaslanan məhsul mədəniyyətini gücləndirmək;
- Rəqəmsal Transformasiya və İnnovasiya İdarəetməsi;
- Rəqəmsal sığorta məhsulları və xidmətləri üzrə strateji təşəbbüslərə rəhbərlik etmək (rəqəmsal satış kanalları, avtomatlaşdırılmış iddia prosesi, məlumat əsaslı qiymətləndirmə modelləri və s.);
- Məlumat və analitika platformalarından istifadə edərək müştəri təcrübəsini və məhsul performansını mütəmadi təkmilləşdirmək;
- Yeni texnologiyaların (AI, data analytics, insurtech tərəfdaşlıqları) məhsul strategiyasına inteqrasiyasına rəhbərlik etmək.
Biznes Dəyəri və Gəlirliliyin İdarəolunması
- Məhsul portfelinin gəlirliliyini, bazar payını və kapitalın effektiv istifadəsini optimallaşdırmaq;
- Aktuari, maliyyə və satış bölmələri ilə birlikdə qiymət, marja və gəlir strategiyalarını formalaşdırmaq;
- Strateji qərarların qəbulunda məlumat və analitika əsaslı (data-driven) yanaşmanı təmin etmək.
Korporativ İdarəetmə
- Bütün məhsulların qanunvericilik, tənzimləyici və daxili risk tələblərinə tam uyğunluğunu təmin etmək;
- Məhsul strategiyasını şirkətin risk idarəetmə və uyğunluq siyasətləri ilə uzlaşdırmaq;
- İcra rəhbərliyinə məhsul performansı, gəlirlilik və bazar trendləri üzrə strateji hesabatlar təqdim etmək.
Namizədə olan tələblər
Təhsil:
- Biznes İdarəçiliyi, İqtisadiyyat, Aktuariya, Sığorta və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi.
Peşəkar bilik və bacarıqlar:
- Minimum 10 il məhsul idarəetməsi təcrübəsi, o cümlədən 3+ il rəhbərlik və strateji qərarvermə səviyyəsində təcrübə;
- Agile metdologiyalarla məhsul yaratma üzrə yüksək bilik və ən azı 5 illik təcrübə;
- Məhsul strategiyasının formalaşdırılması və məhsul portfelinin idarə edilməsi üzrə dərin bilik;
- Biznes analitikası, gəlirlilik və xərc optimallaşdırılması prinsipləri üzrə təcrübə;
- Məlumat əsaslı qərarvermə (Data-driven decision making) bacarığı;
- Sığorta sektoruna aid tənzimləyici və hüquqi çərçivə haqqında məlumatlılıq;
- Rəqəmsal məhsul platformaları, API-lər və inteqrasiya prinsipləri üzrə bilik.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı və ya əla səviyyədə
- Rus dili – arzuolunandır
Davranış və liderlik bacarıqları:
- Strateji və sistemli düşünmə bacarığı;
- Liderlik, komanda motivasiyası və idarəetmə təcrübəsi;
- Güclü qərarvermə, məsuliyyət və nəticəyönümlülük;
- Effektiv ünsiyyət, təqdimat və təsir etmə bacarıqları;
- Dəyişikliklərin idarə edilməsi və çevik adaptasiya qabiliyyəti;
- Müştəri yönümlü yanaşma.
- Analitik və tənqidi düşünmə.
Bizim Təklifimiz
- İnnovativ və dinamik şirkətdə liderlik rolu;
- Şirkətin brend və kommunikasiya strategiyasını formalaşdırmaq imkanı;
- Komanda işi və əməkdaşlığa əsaslanan mühit;
- Tibbi sığorta (əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Davamlı peşəkar inkişaf imkanları;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.