Maliyyə Risklərinin idarə olunması şöbəsinin rəhbəri
Maliyyə Risklərinin idarə olunması şöbəsinin rəhbəri
Haqqımızda:
“PAŞA Sığorta” ASC Azərbaycanın sığorta bazarında tanınmış liderdir. Bu günə qədər şirkətin kapitalının dəyəri 50 milyon AZN təşkil edir. PAŞA Sığorta 300 000-ə yaxın fərdi və korporativ müştərilərə 36 növ icbari və könüllü sığorta xidmətləri təklif edir. Etibar və ən yüksək keyfiyyəti təmin etməklə peşəkarlığımıza əsaslanaraq uyğunlaşdırılmış sığorta həlləri təklif edirik.
Vəzifə və Öhdəliklər:
- Maliyyə risklərinin idarə edilməsi üzrə siyasət, qayda və metodologiyaların işlənib hazırlanmasını və yenilənməsini təşkil etmək;
- Sığortaçının maliyyə dayanıqlığını qiymətləndirmək;
- Daxili reytinq/skorinq modellərinin inkişaf etdirilməsi, yenilənməsi və validasiyasını həyata keçirmək;
- Mütəmadi olaraq maliyyə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsini təşkil etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- Borcalanların kredit riski qiymətləndirilməsi üzrə metodologiyasının tətbiq edilməsinin koordinasiyasını, dəstəyini və nəzarətini həyata keçirmək;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
- Stress-test üzrə metodologiyaların və modellərinin hazırlanmasını, tətbiq edilməsini təşkil etmək və nəticələri ilə bağlı təkliflər vermək;
- Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək;
- Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsini həyata keçirmək;
- Maliyyə riskləri üzrə daxili hesabatlılıq sisteminin effektiv işləməsini təmin etmək;
- Tabeçiliyində olan əməkdaşların daimi inkişafı üzrə effektiv proqramın təmin edilməsini təşkil etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
BİLİKLƏR
- Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; (böyük həcmli məlumatlar, modellədirmə üzrə olan proqram və instrumentlərdən istifadə bacarığı arzuolunandır);
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.
- Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir
TƏCRÜBƏ
- Risklərin idarə olunması sahəsi üzrə minimum 4 il təcrübə (Maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);
BACARIQLAR
- Yüksək təqdimat bacarıqları;
- Komanda ilə effektiv işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Təşəbbüskarlıq;
- Böyük məlumat bazaları ilə işləmək bacarığı;
- Modelləşdirmə.
Son müraciət tarixi: 24.12.2025
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
(ENG)
Head of Financial Risk Management Department
About Us:
PASHA Insurance OJSC is a recognized leader in the Azerbaijani insurance market. To date, the company’s capital amounts to 50 million AZN. PASHA Insurance provides 36 types of compulsory and voluntary insurance services to nearly 300,000 individual and corporate clients. Based on professionalism, trust, and the highest quality, we offer tailored insurance solutions.
Roles and Responsibilities:
- Organize the development, implementation, and regular updating of policies, rules, and methodologies for financial risk management;
- Assess the financial resilience of the insurer;
- Develop, update, and validate internal rating/scoring models;
- Regularly organize the identification and assessment of financial risks and prepare risk maps accordingly;
- Coordinate, support, and monitor the application of methodologies for evaluating the credit risk of borrowers;
- Participate in the selection of methods and models for risk identification and assessment and oversee their implementation;
- Organize the development and application of methodologies and models for stress testing, and provide recommendations based on results;
- Participate in the preparation of the Risk Appetite statement and ensure monitoring of related processes;
- Provide recommendations on calculating risk limits and ensure adherence to risk limits;
- Analyze data received from other departments, electronic information systems, and external sources to evaluate and manage risks;
- Provide advice and methodological support to other company departments on risk-related matters;
- Perform financial risk assessments using mathematical and statistical methods;
- Ensure the effective operation of the internal reporting system for financial risks;
- Organize effective programs for the continuous development of subordinate staff;
- Perform other tasks as assigned by direct management.
Knowledge:
- Higher education in Finance, Mathematics, Economics, or a related field;
- Computer skills: Professional-level proficiency in MS Office; experience with large datasets, modeling software, and analytical tools is preferred;
- Language skills: High-level proficiency in Azerbaijani and English; Russian is a plus;
- Candidates with relevant international certifications are preferred.
Experience:
- Minimum of 4 years of experience in risk management (candidates with experience in financial institutions or consulting firms are preferred).
Skills:
- Strong presentation skills;
- Ability to work effectively in a team;
- Excellent communication skills;
- Logical and analytical thinking;
- Initiative;
- Ability to work with large datasets;
- Modeling skills.
Application Deadline: 24.12.2025
*Only candidates who meet the initial selection requirements will be contacted.
- Department
- RİSKLƏRİN İDARƏOLUNMASI DEPARTAMENTİ
- Role
- Head of Division
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.