# Təhlükəsizlik Əməliyyatlarının Monitorinqi şöbəsinin rəhbəri

**Company:** PASHA Insurance
**Department:** İnformasiya Təhlükəsizliyi Departamenti

**“PAŞA Sığorta” ASC namizədləri Təhlükəsizlik Əməliyyatlarının Monitorinqi şöbəsinin rəhbəri&nbsp;vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.**

**Vəzifə öhdəlikləri**

- Təşkilatın **Security Operations Center (SOC)** fəaliyyətinə tam rəhbərlik etmək, şöbənin strategiyasını müəyyənləşdirmək və inkişaf istiqamətlərini müəyyən etmək.

- SOC-un əsas funksiyalarının (Monitoring, Incident Response, Threat Hunting, Threat Intelligence, DFIR) effektiv icrasını təmin etmək.

- SOC-in alət və platformalarının (SIEM, SOAR, XDR, WAF, EDR, DLP, TI platformaları) **strateji idarə edilməsi, optimallaşdırılması və modernizasiyası** üzrə qərarlar vermək.

- Təşkilat üzrə bütün təhlükəsizlik insidentlərinin eskalasiya nöqtəsi kimi fəaliyyət göstərmək, kritik insidentlərə rəhbərlik etmək və cavab prosesini koordinasiya etmək.

- SOC proseslərinin **dizaynı, təkmilləşdirilməsi, avtomatlaşdırılması** və beynəlxalq standartlara uyğunluğunu təmin etmək.

- Şirkətin təhlükəsizlik risklərinin azaldılması məqsədilə digər IT, Risk və Audit bölmələri ilə strateji əməkdaşlıq etmək.

- SOC komandasının idarə edilməsi: L1, L2, L3 analitiklər, mühəndislər və IR mütəxəssislərinin fəaliyyətinə rəhbərlik etmək, KPI-ləri müəyyənləşdirmək və performansı qiymətləndirmək.

- Təhlükəsizlik insidentləri üzrə **hesabatların, post-incident review** sənədlərinin və rəhbərliyə təqdimatların hazırlanması.

- Şirkətin kiberdayanıqlığının artırılması üçün **tabletop exercise** , təlimlər, simulyasiyalar təşkil etmək.

- SOC üçün illik **büdcənin planlanması** , vendorlarla danışıqların aparılması və alətlərin seçilməsinə rəhbərlik etmək.

**Təhsil və ixtisas**

Ali təhsil

**Sertifikatlar**

**CISSP, CISM, CCSP, CEH, GCIA, GCED, GCIH, GMON, GCFA, CHFI və s.**

**Bilik və bacarıqlar**

- İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya əlaqədar sahə üzrə ali təhsil.

- SOC və kiber təhlükəsizlik istiqamətində **min. 3–5 il iş təcrübəsi** , o cümlədən **idarəetmə təcrübəsi (Team Lead, Manager və ya Şöbə Müdiri səviyyəsində)**.

- SIEM, SOAR, XDR, EDR, WAF, DLP, Threat Intel platformaları və digər SOC ekosistemlərini yüksək səviyyədə bilmək.

- Windows və Linux əməliyyat sistemləri üzrə güclü texniki baza.

- Şəbəkə təhlükəsizliyi, protokollar, hücum vektorları, zəifliklər və müdafiə mexanizmləri üzrə dərin anlayış.

- IR, Threat Hunting, DFIR prosesləri üzrə güclü texniki və metodoloji bilik.

- ISO 27001, NIST CSF, CIS Controls, MITRE ATT&CK kimi beynəlxalq çərçivələrlə işləmək təcrübəsi.

- Digər şöbələri strateji olaraq yönləndirə biləcək qərar vermə bacarığı, risk prioritetləşdirmə və planlaşdırma qabiliyyəti.

- Kiber təhlükəsizlik üzrə beynəlxalq sertifikatlardan hər hansı biri üstünlükdür:  
**CISSP, CISM, CCSP, CEH, GCIA, GCED, GCIH, GMON, GCFA, CHFI və s.**

- Analitik düşünmə, liderlik, komanda idarəetməsi və şəffaf hesabatlılıq bacarıqları.

- Azərbaycan dilini əla, ingilis dilini yaxşı səviyyədə bilmək; rus dili arzuolunandır.

**Dil bilikləri**

- Azərbaycan, İngilis, Rus

[Apply for this position](https://career.pasha-insurance.az/jobs/6818529-t-hluk-sizlik-m-liyyatlarinin-monitorinqi-sob-sinin-r-hb-ri/applications/new)