Məlumat elmi üzrə mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri Məlumat elmi üzrə mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Məlumat elmi üzrə mütəxəssis rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Məlumat elmi üzrə mütəxəssis (Data Scientist) şirkətin qiymətqoyma (pricing), anderraytinq (underwritting), zərərlərin idarə edilməsi (claim handling) və müştəri analitikası (customer analytics) sahələrində qərarların məlumat əsaslı şəkildə verilməsini təmin edəcək. Bu rol həm statistik, həm də texnoloji bilikləri birləşdirərək biznes dəyəri yaradan analitik modellərin hazırlanmasını nəzərdə tutur.
Vəzifə öhdəlikləri
- Analitik modellərin hazırlanması
- Qiymətqoyma (pricing), müştəri saxlama (retention), zərər tezliyi (claim frequency) və şiddəti(claim frequency), fırıldaqçılıq aşkarlanması(fraud detection) və müştəri dəyəri(clv) ilə bağlı proqnozlaşdırıcı modellər hazırlamaq.
- Müştəri itkisi (churn) və kross-sell/up-sell modellərini qurmaq
- Müştərilərin davranışlarını və dəyərini daha yaxşı anlamaq üçün seqmentasiya modelləri hazırlamaq.
- GLM, Gradient Boosting, Random Forest və Neyron Şəbəkələr kimi metodlardan istifadə etməklə qabaqcıl analitik həllər yaratmaq.
- Model performansını izləmək, kalibrasiya aparmaq və nəticələri optimallaşdırmaq.
- Biznes tərəfdaşlığı və kommunikasiya
- Analitik nəticələri biznes komandaları üçün aydın və praktik tövsiyələrə çevirmək.
- Texniki məlumatları qeyri-texniki auditoriyaya sadə və vizual formada təqdim etmək.
- Modellərin biznes göstəricilərinə (loss ratio, satış konversiyası, zərərin ödəniş müddəti və s.) təsirini izləmək.
Təhsil və ixtisas
- Statistika, Aktuar Elmləri, Kompüter Elmləri, Data Science, Riyaziyyat və ya oxşar ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi.
Bilik və bacarıqlar
- Proqramlaşdırma dilləri: Python, SQL.
- Vizualizasiya: Power BI və ya bənzər platformalar.
- Analitik metodlar: GLM, GAM, klasterləşmə, Bayes yanaşmaları, ensemble modelləri, NLP və s.
- Analitik modellərin tam həyat dövrü (hazırlıq, öyrədilmə, tətbiq və monitorinq) üzrə təcrübə.
Dil bilikləri
Azerbaijani, English
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- MƏLUMATLARIN İDARƏEDİLMƏSİ DEPARTAMENTİ
- Role
- Data Scientist
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.