Məlumat Mühəndisi
“PAŞA Sığorta” ASC namizədləri Məlumat Mühəndisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.
Əgər sən də bu transformasiyanın bir parçası olmaq, innovasiyalara rəhbərlik etmək və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, Məlumat Mühəndisi rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
- Data pipeline-ların monitorinqi və nasazlıqların aradan qaldırılması: Bütün data pipeline-ların düzgün işləməsini təmin etmək və yaranan problemləri operativ həll etmək.
- Data keyfiyyətinə nəzarət: Məlumatların dəqiqliyini və bütövlüyünü təmin edən prosesləri tətbiq etmək və onlara nəzarət etmək.
- Sorğuların optimallaşdırılması: Performans və effektivlik üçün sorğu və məlumat əldəetmə üsullarını daima optimallaşdırmaq.
- Yeni mənbələrin inteqrasiyası: Mövcud data arxitekturasına yeni data mənbələrini əlavə etmək və inteqrasiya etmək.
- Avtomatlaşdırılmış skriptlərin icrası və izlənməsi: ETL (extract–transform–load) üçün avtomatlaşdırılmış skriptləri işə salmaq və monitorinq etmək.
- Maraqlı tərəflərlə əməkdaşlıq: Biznes analitikləri, data scientist-lər və digər maraqlı tərəflərlə məlumat ehtiyaclarını və tələbləri anlamaq üçün ünsiyyət qurmaq.
- Məlumat sistemlərinin performansının qiymətləndirilməsi: Verilənlər bazaları, Data Lake-lər və digər saxlanma sistemlərinin performansını dəyərləndirmək.
- Məlumatların təmizlənməsi və transformasiyası: Məlumatların faydalılığını və aktuallığını qorumaq üçün onları mütəmadi təmizləmək və çevirmək.
- Kodun code-review prosesindən keçirilməsi və/və ya optimallaşdırılaraq yenilənməsi.
- Data modelləşdirmə və verilənlər bazası dizaynı: Data modellərini hazırlamaq və təkmilləşdirmək, performans və şaxələnmə (scalability) üçün verilənlər bazası dizaynını optimallaşdırmaq.
- Sənədləşdirmə və biliklərin paylaşılması: Data pipeline-lar və verilənlər bazaları üzrə sənədləşməni yeniləmək və komanda ilə bilik mübadiləsi aparmaq.
Təcrübə:
- Müvafiq iş təcrübəsi: Böyük həcmli dataset-lərlə işləmə və mürəkkəb data emalı tapşırıqlarını icra etmə bacarığını göstərən real data engineering təcrübəsi.
Təhsil:
- Təhsil bazası: Kompüter Elmləri, Mühəndislik, Riyaziyyat və ya əlaqəli sahə üzrə dərəcə.
Texniki bacarıqlar:
- Proqramlaşdırma dilləri: Python (və ya Java, Scala) üzrə peşəkar səviyyədə bilik.
- RDBMS-lər üzrə güclü SQL bilikləri və NoSQL ekosistemində (məs., MongoDB) iş təcrübəsi.
- Big Data texnologiyaları: Apache Hadoop, dbt, Spark, Kafka kimi alətlərlə tanışlıq.
- ETL alətləri: ETL alətləri və prosesləri ilə işləmə təcrübəsi.
- Data modelləşdirmə: Data modelləşdirmə üzrə bilik və müxtəlif məlumat strukturlarını anlama.
- Data warehousing prinsipləri, modelləşdirmə yanaşmaları və “best practices” ilə tanışlıq.
- Vizualizasiya alətləri: Tableau və ya Power BI kimi data vizualizasiya alətlərində bacarıqlar üstünlük hesab oluna bilər (insaytların effektiv təqdimatı üçün tələb oluna bilər).
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- MƏLUMATLARIN İDARƏEDİLMƏSİ DEPARTAMENTİ
- Role
- Data Engineer
- Locations
- Bakı
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.