İT İNFRASTRUKTURU DEPARTAMENTİ
·
Bakı
Baş Şəbəkə İnzibatçısı
“PAŞA Sığorta” ASC namizədləri Baş Şəbəkə İnzibatçısı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Əsas vəzifə və öhdəliklər.
- Şirkətin lokal (LAN), genişzolaqlı (WAN), VPN və digər şəbəkə infrastrukturunun layihələndirilməsi, idarə edilməsi və optimallaşdırılması.
- Şəbəkə cihazlarının (switch, router, firewall, load balancer və s.) quraşdırılması, konfiqurasiyası və monitorinqi.
- İnformasiya təhlükəsizliyi siyasətlərinə uyğun olaraq şəbəkə mühitinin qorunması və risklərin azaldılması.
- Sistem və şəbəkə problemlərinin diaqnostikası və həlli, kritik hadisələr zamanı sürətli müdaxilə.
- Şəbəkə monitorinq sistemlərinin (Nagios, Zabbix, SolarWinds və s.) tətbiqi və nəzarəti.
- Virtualizasiya və bulud texnologiyaları ilə inteqrasiya işlərinin həyata keçirilməsi.
- İT infrastrukturunda yeniliklərin tətbiqi, şəbəkə genişləndirmə və modernləşdirmə layihələrinin icrası.
- Şəbəkə inzibatçıları və mühəndislərindən ibarət komandaya rəhbərlik, onların bilik və bacarıqlarının inkişafına dəstək.
- İllik büdcə və texniki ehtiyacların planlaşdırılması, vendorlarla əməkdaşlıq.
- Audit və hesabatların hazırlanması, rəhbərliyə təqdim edilməsi.
Təhsil və ixtisas.
- Orta, Ali
- İxtisas: Kompüter elmləri – arzuolunandır
Sertifikatlar.
- CCNA - Tələb olunur
- CCNP – Arzuolunandır
Bilik və bacarıqlar.
- Şəbəkə avadanlıqları ilə iş təcrübəsi (Palo-Alto, Cisco, Forti)
- Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
- Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
Dil bilikləri.
- Azərbaycan, İngilis , Rus.
- Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- İT İNFRASTRUKTURU DEPARTAMENTİ
- Locations
- Bakı
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.