İnformasiya sistemlərinə dəstək üzrə mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri İnformasiya sistemlərinə dəstək üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri :
- İstifadəçilərdən daxil olan zənglərin, sorğuların və e-maillərin qəbul edilməsi və qeydiyyata alınması
- Müraciətlərin ilkin diaqnostikasının aparılması və sadə texniki problemlərin operativ həlli
- İT incidentlərinin idarə olunması: baş verən hadisələrin vaxtında qeydiyyatı, təsnifləşdirilməsi və həlli üçün eskalasiyanın həyata keçirilməsi
- Sistemlərin monitorinqi: əsas İT sistemlərinin və xidmətlərinin vəziyyətinə nəzarət etmək, nasazlıq aşkar edildikdə dərhal reaksiya vermək
- Rol və icazələrin idarə olunması: istifadəçi hesablarının yaradılması, şifrələrin sıfırlanması, rolların və giriş hüquqlarının verilməsi və ya dəyişdirilməsi
- Korporativ e-poçt və ofis tətbiqləri ilə bağlı istifadəçi dəstəyinin göstərilməsi
- Kompüter, noutbuk və periferik cihazların (printer, skaner və s.) ilkin sazlanması və texniki dəstəyi
- Uzaqdan qoşulma vasitələri (RDP, AnyDesk, TeamViewer və s.) ilə istifadəçi dəstəyi təmin etmək
- Sorğuların təsnifləşdirilməsi: növ, prioritet və təcililiyinə görə qiymətləndirilməsi
- Müraciətlərin İT servis sistemi (Jira Service Desk, ServiceNow və s.) üzərində dəqiq qeydiyyatının və status yeniləmələrinin aparılması
- Təhlükəsizlik siyasətlərinə riayət olunmasına nəzarət etmək və istifadəçiləri məlumatlandırmaq (şifrə siyasəti, phishing riskləri və s.)
- Daxil olan müraciətlər üzrə şöbə rəhbərinə periodik hesabatların təqdim olunması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Təhsil və ixtisas:
Informasiya sistemləri, kompyuter mühəndisliyi və digər oxşar texniki ixtisaslar.
Sertifikatlar:
Arzuolunandır (CompTia, İTİL)
İş şərtləri:
Növbəli iş grafiki: 07:00-16:00, 13:00-22:00, 22:00-07:00, 9:00-18:00 növbələri.
Bilik və bacarıqlar:
Windows 10 & 11 istifadəçi səviyyəsində dəstək-başlanğıc
User Accounts, O365 Mailboxes-orta
Basic Knowledge and administration of servers (Domain, AD, DHCP, DNS)-başlanğıc
Şəbəkə haqqında baza biliklər (LAN, IP ünvanlama) - başlanğıc
İT təhlükəsizliyi üzrə biliklər: şifrə siyasəti, phishing hücumlarının tanınması, məlumatların qorunması və məxfilik prinsipləri-yaxşı
Proqram təminatı arxitekturası haqqında baza anlayışlar - yaxşı
Rol və icazələrin idarə edilməsi: istifadəçilərə rol və hüquqların verilməsi və nəzarəti üzrə ilkin biliklər - yaxşı
Problemlərin ilkin diaqnostikası və aradan qaldırılması – orta.
Dil bilikləri:
Azərbaycan,İngilis və rus dili bilikləri.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Department
- İT İNFRASTRUKTURU DEPARTAMENTİ
- Locations
- Bakı
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.