HÜQUQ DEPARTAMENTİ
·
Bakı
Məhkəmə işləri üzrə hüquq məsləhətçisi
We usually respond within a month
“PAŞA Sığorta” ASC namizədləri Məhkəmə işləri üzrə hüquq məsləhətçisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
- İddia ərizələrinin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
- Cəmiyyətin maraq və mənafelərinin məhkəmədə qorunması;
- Tələb edilən sənəd və məlumatların əldə edilməsi məqsədilə müvafiq qurumlara sorğu və müraciətlərin göndərilməsi;
- Cəmiyyətin mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının qorunması;
- Məhkəmə qərarlarının icrasının təmin edilməsi istiqamətində müvafiq struktur bölməyə hüquqi dəstək göstərilməsi;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Cəmiyyəti təmsil etmək və bununla bağlı Cəmiyyətin maraqlarının qorunması;
- Məhkəmə işlərinin qeydiyyatının aparılması və dövri olaraq hesabatların təqdim edilməsi;
- Sığorta ödənişindən imtina barədə hazırlanmış məktubların hüquqi əsaslandırma hissəsinə dair rəy verilməsi;
- Öz fəaliyyətinə aid olan məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavab hazırlanması;
- Məhkəmə qərarlarını təhlil etmək, məhkəmə mübahisələrinə səbəb olan halları araşdırmaq, həmin halların aradan qaldırılması məqsədi ilə təkliflər vermək.
Bilik və bacarıqlar
- Ali hüquq təhsili;
- Yüksək səviyyədə hüquqi yazı bacarıqları;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel) praktiki yüksək səviyyədə bilmək;
- Komandada işləmək və yüksək ünsiyyət bacarıqları;
- Tədqiqat, araşdırma və analitik bacarıqlar;
- Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
- Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi (Sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir)
- Department
- HÜQUQ DEPARTAMENTİ
- Role
- Məhkəmə işləri üzrə hüquq məsləhətçisi
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.