ANDERRAYTİNQ VƏ TƏKRARSIĞORTA DEPARTAMENTİ
·
Bakı
Təkrarsığorta üzrə mütəxəssis/kiçik mütəxəssis/assistent
“PAŞA Sığorta” ASC namizədləri Təkrarsığorta üzrə mütəxəssis/kiçik mütəxəssis/assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və öhdəliklər:
- Şirkətin sığorta portfelinin daxilindən təkrarsığorta mühafızəsini tələb edən risklərin təkrar sığortasını təmin etmək;
- Aparıcı yerli və xarici təkrarsığorta şirkətləri və brokerləri ilə uzunmüddətli əməkdaşlıq münasibətləri yaratmaq;
- Sığorta şirkətləri, brokerlər və təkrarsığorta şirkətləri üçün müvafiq təqdimatların hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərmək;
- Ötürülən t/s müqavilələri üzrə təklifləri diqqətlə analiz etmək və birbaşa rəhbərinin razılığı ilə müvafiq risklərin bu və ya digər şirkətdə təkrarsığortalanması barədə qərar qəbul etmək;
- Fakültativ təkrarsığorta üzrə sliplər hazırlamaq, həmçinin müqavilələrin bağlanmasında iştirak etmək;
- Bağlanan müqavilələrin sistemdə düzgün əksolunmasına nəzarət etmək. Tərəfindən aparılan və imzalanmış müqavilələrin sürətlərini sistemdə əks etdirmək;
- Tərəfindən aparılan ötürülən t/s müqavilələri üzrə invoysların təqdim edilməsi;
- Birbaşa rəhbərinin tapşırığına əsasən obliqator təkrarsığorta müqavilələrinin tərtib edilməsində iştirak etmək;
- Partnyorlardan daxil olan təkrarsığortaya aid sorğuların vaxtı-vaxtında və prosedura əsasən cavablandırılması;
- Daxil olan t/s müqavilələri üzrə ödənişlərin vaxtı-vaxtında köçürülməsi üçün maliyyə departamentinə lazım olan sənədləri hazırlayıb təhvil vermək;
- Şöbədə istifadə olunan sənədlərin effektiv uçotunun həyata keçirilməsi;
- Daxil olan təkrarsığorta risklərinin yenilənməsi prosesinə nəzarət etmək;
- Kreditor və debitor borcların araşdırılmasında və əlaqələndirilməsində Maliyyə Departamentinə dəstək göstərmək;
BİLİKLƏR
- Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;
- Kompüter bilikləri: Microsoft Office proqramlarından istifadə etmək bacarığı.
TƏCRÜBƏ
- Sığorta sahəsində təcrübə arzuolunandır.
BACARIQLAR
- Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
- Bazar üzrə araşdırma və təhlil apara bilmək;
- Danışıq və təqdimat bacarığı.
- Department
- ANDERRAYTİNQ VƏ TƏKRARSIĞORTA DEPARTAMENTİ
- Role
- Təkrarsığorta üzrə mütəxəssis
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.