TEXNOLOJİ HƏLLƏR DEPARTAMENTİ
·
Bakı
Baş Mobil Proqramçı
“PAŞA Sığorta” ASC namizədləri Baş Mobil Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Baş Mobil Proqramçı vəzifəsinin əsas məqsədi PAŞA Sığorta-nın mobil tətbiqlərinin yüksək keyfiyyətlə hazırlanması, test edilməsi və sazlanmasını təmin etməkdir. Namizəd informasiya sistemlərinin inkişafı, texniki dəstəyi və məhsul yönümlü yanaşma ilə innovativ həllərin tətbiqində aparıcı rol oynayacaq.
Vəzifə öhdəlikləri
- Texniki dəstək
– Mövcud mobil informasiya sistemlərinin texniki dəstəyi və inkişafının təmin edilməsi - Kodlara baxış (Code Review)
– Komanda daxilində kodların yoxlanılması, keyfiyyət və standartlara uyğunluğun təmin edilməsi - Problemlərin həlli
– Mobil sistemlərdə baş verən nasazlıqlara çevik reaksiya və operativ həll yollarının tətbiqi - Məlumatların yoxlanması
– Sistem məlumatlarının bərpası və bütövlüyünün təlimata uyğun olaraq mütəmadi yoxlanması - Üçüncü tərəflərlə əməkdaşlıq
– Yeni sistemlərin yaradılmasında və tətbiqində xarici tərəflərlə iş proseslərinin koordinasiyası - Digər tapşırıqlar
– Birbaşa rəhbər tərəfindən verilən digər İT infrastrukturu ilə bağlı vəzifələrin yerinə yetirilməsi
Təhsil və ixtisas
Ali təhsil (bakalavr)
Sertifikatlar
Arzuolunandır
İş şərtləri
Mobil proqramlaşdırma sahəsində minimum 3 il təcrübə
Bilik və bacarıqlar
Texniki Bacarıqlar
- Flutter/Dart üzrə dərin bilik və peşəkar təcrübə
- Müxtəlif state management alətləri ilə işləmək bacarığı (Bloc, Riverpod, GetX)
- Flutter Plugin yazımı və native bridge-lərlə inteqrasiya təcrübəsi
- Advanced navigation (GoRouter) və performans təhlili bacarıqları
- Firebase (FlutterFire) ilə geniş inteqrasiya təcrübəsi – o cümlədən Functions, App Distribution
- Widget və Integration testləri ilə işləmə bacarığı (Mockito, flutter_test)
- UI/UX dizayn sistemlərinə uyğun komponent strukturlarının qurulması
- App Store və Google Play üzərindən yayımlama və idarəetmə proseslərinə bələdlik
- Modularlaşma, Clean Architecture, Reusable komponentlər əsasında layihə quruluşlarının dizaynı
Davranış Bacarıqları
- Komanda liderliyi və texniki yönləndirmə bacarığı
- Kod keyfiyyətinin təmini və performans izləmə
- Məhsul yönümlü düşüncə və strateji planlama bacarığı
- Stakeholder-lərlə effektiv kommunikasiya
- Kritik problemlərin idarə edilməsi və stres altında qərarvermə
Dil bilikləri
Azerbaijani, English
- Department
- TEXNOLOJİ HƏLLƏR DEPARTAMENTİ
- Locations
- Bakı
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.